Bəzi rayonlara qar yağacaq

© Sputnik / Ilham AhmadovQəbələdə qar
Qəbələdə qar - Sputnik Azərbaycan
Abunə olmaq
ETSN əhaliyə xəbərdarlıq edir

BAKI, 14 dekabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti vətəndaşlara xəbərdarlıq edir. Sputnik Azərbaycan ETSN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında dekabrın 14-dən 15-nə keçən gecə bəzi yerlərdə yağışın arabir intensivləşəcəyi gözlənilir.

Dənizkənarı park - Sputnik Azərbaycan
Əhaliyə hava xəbərdarlığı

Dekabrın 16-sı günün ikinci yarısından başlayaraq 17-si gündüzədək isə şimal-qərb küləyinin güclənməsi nəticəsində havanın temperaturunun aşağı enəcəyi, maksimal temperaturun 4-6 dərəcə isti təşkil edəcəyi, bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 17-si günün ikinci yarısından 19-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Xəbər lenti
0