Kənd toyuğu adı altında mənşəyi bilinməyən toyuq əti satılır

Ölkəyə quş əti idxalına məhdudiyyət qoyuldu

78
(Yenilənib 14:02 14.12.2018)
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub

BAKI, 14 dekabr — Sputnik. Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib.

Agentliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, xəbərdarlıqda deyilir: "Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən İran İslam Respublikasının Tehran, Təbriz, Ərdəbil, Urmiya vilayətlərində ev quşları arasında yüksək patogenli quş qripi xəstəliyinin yayılması müəyyən edilib. Bununla əlaqədar olaraq, İran İslam Respublikasının Tehran, Təbriz, Ərdəbil, Urmiya vilayətlərindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb".

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən İran İslam Respublikasının Tehran, Təbriz, Ərdəbil, Urmiya vilayətlərindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub.

 

78
Teqlər:
qadağa, Azərbaycan, İran, "quş qripi", quş əti, quş
Əlaqədar
Azərbaycanda “quş qripi” varmı?
"Quş qripi" ilə bağlı monitorinqlərə başlanılır
AQTA quş qripi ilə bağlı xəbərdarlıq edir
“Quş qripi” monitorinqinin nəticələri açıqlandı