Qazaxıstan səfirliyində qəbul

Qazaxıstanın müstəqillik günü ilə bağlı qəbul keçirilib

17
(Yenilənib 21:36 13.12.2018)
Azərbaycan bu gün nəhəng nəqliyyat və enerji layihələrinin təşəbbüskarıdır

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 dekabr — Sputnik. Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı etimada əsaslanan yaxın və dost əlaqələri mövcuddur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev ölkəsinin müstəqilliyinin ildönümünə həsr olunmuş qəbulda deyib.

O bildirib ki, iki ölkə arasında münasibətlər ilbəil inkişaf edir: "Əlaqələrimiz bütün sahələrdə inkişaf edir və gələcək qarşılıqlı faydalı münasibətlərə əsaslanır. Ölkələrimizin beynəlxalq gündəlikdə olan bir çox məsələlərlə bağlı mövqeyi ortaqdır. Azərbaycanın müasir beynəlxalq əlaqələrdə artan nüfuzundan çox şadıq. Azərbaycan bu gün nəhəng nəqliyyat və enerji layihələrinin təşəbbüskarıdır. Bu layihələr nəinki regional, həm də beynəlxalq kontekstdə əhəmiyyət daşıyan layihələrdir".

Daha sonra tədbirdə çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov vurğulayıb ki, Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi cari ilin 9 ayı ərzində 65,6 faiz artıb: "Ölkələrimiz arasında münasibətlər yeni səviyyəyə çıxıb. Beynəlxalq hüquq normalarına, ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət münasibətlərimizin bünövrəsini təşkil edir".

 

17