Xəstəxana - Hospital

Özəl xəstəxanalarda vergidən yayınma halları aşkarlanıb

85
(Yenilənib 13:45 13.12.2018)
Aparılan yoxlamalar özəl tibb müəssisələrində qeyri-rəsmi əmək haqlarının geniş tətbiq edilməsini bir daha təsdiq edib

BAKI, 13 dekabr — Sputnik. "Vergilər Nazirliyi cari ilin may-iyun aylarında pullu səhiyyə xidmətləri göstərən bir sıra iri müəssisələrin rəhbərlərini vergi orqanlarına dəvət edərək görüşlər keçirib, qanunvericiliyin tələblərini, həmçinin fəaliyyətin şəffaflaşdırılması tələbləri ətraflı şəkildə izah edilib. Lakin keçirilmiş görüşlərə baxmayaraq, aparılan təhlillər əsasında ötən dövr ərzində bu müəssisələrin əksəriyyətində dövriyyələrin artması müşahidə olunmayıb".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru Xəqani İsgəndərov bildirib. 

O qeyd edib ki, mövcud rəqəmsal texnologiyalardan istifadə edilməklə bəyannamələrin və əlaqəli məlumatların geniş təhlili nəticəsində həmin müəssisələrdə yüksək vergidən yayınma risklərinin olduğu müəyyən edilib: "Göstərilənləri nəzərə alaraq, Vergilər Nazirliyi noyabr ayında özəl tibb müəssisələrində vergi nəzarəti tədbirləri həyata keçirib. Aparılan tədbirlər zamanı vergidən yayınma halları, lisenziyalaşdırma məsələləri ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməsi məsələləri araşdırılıb, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması, əmək müqavilələrinin bağlanması vəziyyəti yoxlanılıb. Eyni zamanda, müəssisələrin real dövriyyələrinin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələr aparılıb. Vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş qara mühasibatlıq sənədləri və elektron fayllar əsasında yayındırılmış dövriyyə məbləğləri və ödənilmiş real əməkhaqqı məbləğləri müəyyənləşdirilib".

Xəqani İsgəndərovun sözlərinə görə, ilkin araşdırmalar zamanı özəl tibb müəssisələrinin 77%-də əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması, 51%-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə cəlb edilməsi, 61%-də pul vəsaitinin uçota alınmaması hallarına rast gəlinib.

"Xronometraj metodu ilə müşahidə yekunlaşdırılmış obyektlər üzrə 2018-ci ilin 9 ayı üzrə cari bəyannamədə göstərilən orta günlük dövriyyə məbləği 2,4 dəfədən çox artıb. Əldə edilmiş sənədlər üzrə aparılmış təhlillər zamanı əvvəlki dövriyyələrin 3.2 dəfə və ya təxminən 231 milyon manata yaxın gizlədildiyi aşkar edilib. Əməkhaqqı üzrə ödəmələrin yayındırılması halları müəyyən edilmiş 22 vergi ödəyicisi üzrə 2018-ci ilin 9 ayında bəyannamələrdəki məbləğlərinin real göstəricilərə nisbətən 7.6 dəfə az əks olunduğu müəyyən edilib. Bəzi özəl tibb müəssisələrinin rəsmi sənədlərində həkimlərə verilən aylıq əməkhaqqı məbləği 130-490 manat göstərilməsinə baxmayaraq, bu məbləğin bir sıra hallarda on minlərlə manat arası olduğu təsdiqini tapıb" - baş direktor əlavə edib.

Həmçinin bildirib ki, xəstəxanalardan müayinə üçün göndərilən həkimlərə xəstə tərəfindən ödənilən məbləğlərdən müəyyən faiz şəklində vəsaitlərin ödənildiyi halları da öz təsdiqini tapıb: “Bəzi klinikalarda tanınmış həkimlərin gəlirləri əməliyyatdan daxil olmuş məbləğlərin 50-70%-ini əhatə etdiyi aşkar edilib. Aparılan yoxlamalar özəl tibb müəssisələrində qeyri-rəsmi əmək haqlarının geniş tətbiq edilməsini bir daha təsdiq edib.

85
Teqlər:
səhiyyə, nəzarət, xəstəxana, Vergilər Nazirliyi
Əlaqədar
Deputat: "Sadələşdirilmiş vergi ilə əlaqədar çox ciddi problemlər var idi"
Deputat özəl səhiyyə müəssisələrinə vergi güzəştlərinin tətbiq olunmasını təklif edib
"Dəyişikliklərlə əlaqədar sahibkarın vergi yükü azalır"
Gələn aydan yeni vergi növləri tətbiq olunacaq - Cədvəl və nümunələr
Vergi güzəştlərinin təfərrüatı açıqlandı
Türkiyədə təcili tibbi yardım maşını, arxiv şəkli

Türkiyənin keçmiş baş naziri vəfat etdi

6
(Yenilənib 11:18 30.10.2020)
Keçmiş baş nazir və Ana Vətən Partiyasının sədri olan Yılmaz ötən əsrin 90-cı illərində üç dəfə hökumətə başçılıq edib və bir neçə dəfə nazir olub.

BAKI, 30 oktyabr — Sputnik. Türkiyənin sabiq baş naziri Məsud Yılmaz dünyasını dəyişib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, 73 yaşlı siyasətçi uzun sürət xəstəlikdən əziyyət çəkirdi.

Keçmiş baş nazir və Ana Vətən Partiyasının sədri olan Yılmaz ötən əsrin 90-cı illərində üç dəfə hökumətə başçılıq edib və bir neçə dəfə nazir olub.

6
Smerç raketin fraqmetləri

Cəbhəboyu ərazilərdə top mərmisi, raketlər, tank əleyhinə minalar zərərsizləşdirilib

2
(Yenilənib 11:16 30.10.2020)
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən üç müraciət daxil olub.

BAKI, 30 oktyabr — Sputnik. 28-29 oktyabr tarixlərində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 58 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 3 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 61 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Hacılar, Palıdlı, Qaraxanlı, Yuxarı Qiyaməddinli kəndləri, Ağdam rayonunun Çəmənli, İkinci Yüzbaşlı, Alıbəyli, Əfətli, Təzəkənd, Ayaq Qərvənd, Üçoğlan kəndləri, Bərdə rayonunun B.Hacıyev, Bakı, Koroğlu, Natavan, Ü.Hacıbəyov küçələri, H.Əliyev prospekti, Mirzalıbəyli kəndi, Cəbrayıl rayonunun Soltanlı kəndi, Füzuli rayonunun Əhmədalılar, Alxanlı, Arayatlı kəndləri, Goranboy rayonunun Tapqaraqoyunlu, Qızılhacılı kəndləri, Tərtər rayonunun Buruc, Düyərli, Köçərli, Ələsgərli kəndləri ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 50 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 122 mm-lik top mərmisi (OF-56), 1 ədəd 9N235 bombacığı, 2 ədəd 122 mm-lik raket (9M22U), 225 ədəd tank əleyhinə TM-62P2 minası, 224 ədəd MVP-62 partladıcısı və 44 ədəd partlamış mərmi qalıqları aşkar olunub. Agentliyin partlayış qrupu tərəfindən 3 ədəd raket, 1 ədəd 9N235 bombacığı zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 36 045 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

2