ABŞ və Çin bayraqları

ABŞ Çinə müharibə elan edəcək - Dünya tikan üstündə

303
(Yenilənib 13:27 13.12.2018)
ABŞ mediası həqiqi müharibənin başlamaq üzrə olduğunu və Vaşinqton-Pekin arasında ticarət müharibəsinin bunun yalnız bir hissəsi olduğunu yazıb

BAKI, 13 dekabr — Sputnik. ABŞ Çinə qarşı bütünlüklə müharibəyə başlama ərəfəsindədir. Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, ABŞ mediası həqiqi müharibənin başlamaq üzrə olduğunu və Vaşinqton-Pekin arasında ticarət müharibəsinin bunun yalnız bir hissəsi olduğunu yazıb.

Bu çərçivədə ilk həmlənin ABŞ Ədliyyə Nazirliyindən gələcəyi deyilir. 

Vaşinqtonun hədəfində prioritet qurum isə Çinin kəşfiyyat və təhlükəsizlik təşkilatı olan Dövlət Təhlükəsizlik Nazirliyidir.

ABŞ hökuməti Çini iqtisadi və kiber casusluqda ittiham etməyə hazırlaşır. ABŞ hökuməti Pekinə qarşı ABŞ ticarət sirlərini və həssas texnologiyasını oğurlama, hökumət və özəl şirkətlərə məxsus kompüterlərdə həssas məlumatları əldə etmə kimi ittihamlar yönəldəcək.

Yaxın zamanda ABŞ hökumətinin Çinin 2014-cü ilədək amerikalı yüksək səviyyəli hökumət və işgüzar insanları hədəf alan kəşfiyyat hesabatlarını da açıqlayacağı deyilir.

Qeyd edək ki, ABŞ-da "Marriott" otelinin də çinli hakerlər tərəfindən hədəfə alındığı iddia edilib. Amerika mediasında çıxan xəbərlərə görə, Çin Dövlət Təhlükəsizlik Nazirliyinə bağlı hakerlər məşhur mehmanxananın məlumat bazasında qeydiyyatda olan 500 milyon insanın məlumatlarını əldə edib. Çinli hakerlərin sağlamlıq sığortası və təhlükəsizlik məlumatlarını da əldə etdiyi bildirilir.

303
Teqlər:
Vaşinqton, müharibə, Çin, ABŞ
Əlaqədar
Putin ABŞ-a səsləndi: "Sizə uyğun cavab verəcəyik "
Ermənistanda həbs olunan FETÖ-çü ABŞ-a ekstradisiya edilib
ABŞ-da sərnişin təyyarəsi uçuş-enmə zolağından kənara çıxıb
Rusiya və ABŞ-dan Azərbaycana böyük etimad
ABŞ Suriya-Türkiyə sərhədinə müşahidə nöqtələri yerləşdirdi
ABŞ Türkiyənin hərbi əməliyyatına qarşı çıxdı: Qətiyyən yolverilməzdir
COVİD-19 xəstəsi, arxiv şəkli

Qubada yaşadıqları evi qanunsuz olaraq tərk edən koronavirus xəstələri aşkarlandı

2
(Yenilənib 13:30 27.11.2020)
Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

BAKI, 27 noyabr — Sputnik. Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, araşdırmalarla həmin şəxsin rayonun Amsar kənd sakini Süleyman Mütəllimov olduğu müəyyən edilib.

Onun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, ancaq S.Mütəllimov qaydaları pozaraq Qusar rayonuna getmək istəyib.

Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və təcili tibbi yardım avtomobili ilə S.Mütəllimov yaşadığı ünvana geri qaytarılıb.

Gün ərzində şöbə əməkdaşları karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən daha iki şəxsi də aşkarlayıblar. COVID-19 infeksiyasına yoluxduğunu bilərək özünütəcrid qaydalarına riayət etməyən Şabran rayon sakini İlyas İsaqov və Bakı şəhər sakini Gülnaz Bağırova Quba rayonuna daxil olmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar.

Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Qeyd edilən faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

2
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putinin suallara cavab verəcəyi konkret tarix bilindi

9
(Yenilənib 13:28 27.11.2020)
Ağır epidemioloji vəziyyətlə bağlı tədbir videokonfrans formatında keçiriləcək. Putin Novo-Oqarevodakı iqamətgahından sualları cavablandıracaq.

BAKI, 27 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı dekabrın 17-si mətbuat konfransı keçirəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Noyabrın 29-u saat 12:00-da Rusiya Federasiyasının mətbuat xidməti və informasiya idarəsi jurnalistlərin akkreditasiyasına başlayacaq", - deyə məlumatda qeyd olunur.

Ağır epidemioloji vəziyyətlə bağlı tədbir videokonfrans formatında keçiriləcək. Putin Novo-Oqarevodakı iqamətgahından sualları cavablandıracaq.

9