Azərbaycanlı diplomat nüfuzlu beynəlxalq mükafata layiq görülüb

© Sputnik / Ilkin Ahmadovİslam Əməkdaşlıq Təşkilatının BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev Diwali təşkilatı tərəfindən nüfuzlu beynəlxalq "Power of One Award" mükafatına layiq görülüb.
İslam Əməkdaşlıq Təşkilatının BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev Diwali təşkilatı tərəfindən nüfuzlu beynəlxalq Power of One Award mükafatına layiq görülüb. - Sputnik Azərbaycan
Abunə olmaq
Mükafat həmçinin Vyetnam, Hindistan, Sloveniya, Tunis və Yunanıstandan olan veteran diplomatlara verilib

BAKI, 13 dekabr - Sputnik. İslam Əməkdaşlıq Təşkilatının BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev Diwali təşkilatı tərəfindən nüfuzlu beynəlxalq "Power of One Award" mükafatına layiq görülüb.

Mükafat ümumilikdə beynəlxalq diplomatiyanın altı veteranına verilib. Təşkilatın açıqlamasında deyilir ki, həmin şəxslər "daha təkmilləşdirilmiş, təhlükəsiz və sülh içində olan" dünyanın qurulmasına mühüm töhfə verdiyi üçün mükafatlandırılıb.

Qeyd edək ki, mükafat həmçinin Vyetnam, Hindistan, Sloveniya, Tunis və Yunanıstandan olan veteran diplomatlara verilib.

Xəbər lenti
0