Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bakıda gözlənilən görüş baş tutdu

© Sputnik / Murad OrujovBakı, Alov Qüllələri qürub çağı
Bakı, Alov Qüllələri qürub çağı - Sputnik Azərbaycan
Abunə olmaq
Gerasimov görüş zamanı NATO-nun Rusiya sərhədləri yaxınlığındakı hərbi mövcudluğunun artdığını qeyd edib

BAKI, 12 dekabr - Sputnik. Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovla NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti arasında görüş keçirilib.

Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən xəbər verir. 

Məlumata görə, Gerasimov görüş zamanı NATO-nun Rusiya sərhədləri yaxınlığındakı hərbi mövcudluğunun artdığını qeyd edib. O, bu amilin gərginliyi azaltmağa aparmadığını Skaparottinin diqqətinə çatdırıb.

"Hərbçilər Avropa və qlobal təhlükəsizlik sahəsindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər bir-birilərini 2019-cu ildə planlaşdırılan ən iri əməliyyat hazırlığı tədbirləri barədə məlumatlandırıblar. Onlar əlaqələrin davam etdirilməsidə maraqlı olduqlarını ifadə ediblər" - məlumatda bildirilir.

Xəbər lenti
0