Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev

Qaydalar dəyişdi, DYP sürücülərə xəbərdarlıq edir

1373
(Yenilənib 13:55 12.12.2018)
Avtomobilini texniki baxışdan keçirmədən idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxsə daha 20 gün imkan yaradılır

BAKI, 12 dekabr — Sputnik. "Texniki baxışa təqdim edilən avtobuslarda, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərində nasazlıqlar aşkar edildikdə onun sahibinə həmin nasazlıqlar barədə bildiriş verilir. Yalnız, bildirişdə qeyd edilən nasazlıqlar aradan qaldırıldıqdan sonra həmin nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunur". Bu barədə Sputnik Azərbaycan-a Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev məlumat verib.

"Tez-tez eşitdiyimiz, hər dəfə təəssüf və böyük ağrı hissi ilə qarşıladığımız yol qəzaları bir çox hallarda avtomobillərin nasazlığı ucbatından baş verir. Artıq həyatımızın ayrılmaz hissəsinə çevrilmiş avtomobillərdən hər gün istər özümüz, istərsə də doğmalarımız, tanışlarımız istifadə edir. Odur ki, nəqliyyat vasitəsinin texniki cəhətdən saz vəziyyətdə olması, hər şeydən əvvəl daha çox özümüzə lazımdır. Elə həm də buna görədir ki, nəqliyyat vasitələrinin texniki vəziyyətinin yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından tələblərə uyğun olması “Yol hərəkəti haqqında” qanunda öz əksini tapıb. Həmin qanunun tələblərinə əsasən, yol hərəkətində istifadə olunan mexaniki nəqliyyat vasitələri vaxtlı-vaxtında texniki baxışa təqdim olunmalıdır” - deyə o bildirib.

R.Quliyev qeyd edib ki, texniki baxış zamanı təkcə avtomobilin texniki vəziyyəti yoxlanılmır, eyni zamanda onun mənsubiyyəti, qeydiyyat məlumatları dəqiqləşdirilir, cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə tədbirləri həyata keçirilir: "Bütün bunlar isə vətəndaşlarımızın həyat və sağlamlığının qorunmasına, təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. “Yol hərəkəti haqqında” qanuna müvafiq olaraq, avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri və s. ildə 1 dəfə, diqər minik və yük avtomobilləri isə istehsal olunduqları vaxtdan dörd il keçdikdə – iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə –  ildə bir dəfə texniki baxışa təqdim edilməlidir".

DYP rəsmisi onu da vurğulayıb ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi qaydalarının daha da təkmilləşdirilməsi məqsədilə “Yol hərəkəti haqqında” qanunun müvafiq maddələrinə bir sıra əlavə və dəyişikliklər edilib: "Bu dəyişikliklər ilk növbədə avtomobillərin texniki baxışa təqdim edilməsi vaxtı ilə əlaqədar olduğundan daha da maraq doğurur. Belə ki, əvvəlki qaydalara görə mexaniki nəqliyyat vasitələrinə texniki baxış yanvarın 1-dən oktyabrın 31-dək olan müddətdə keçirilirdisə, saz nəqliyyat vasitələrinə kağız daşıyıcıda texniki talon verilirdisə, artıq bu qaydalar ləğv edilib. Qanuna edilmiş dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin növbəti texniki baxışdan keçiriləcəyi günü müəyyən etmək üçün həmin avtomobillər yuxarıda qeyd etdiyimiz texniki baxışdan keçmə müddəti əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanmalıdır".

"Qanunvericilikdə edilmiş daha bir dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi inzibati məsuliyyətə səbəb olur: “Başqa sözlə desək, nəqliyyat vasitəsi verilmiş müddətin bitdiyi sonuncu gündən 20 gün ərzində texniki baxışa təqdim edilməlidir. Bu müddət bitdikdən sonra texniki baxışdan keçməmiş nəqliyyat vasitələri yol hərəkətində iştirakı zamanı xüsusi texniki vasitələrlə aşkarlanır və onun istifadəçisi barədə avtomatik rejimdə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır. Avtomobilini texniki baxışdan keçirmədən idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxsə bu xətanı aradan qaldırmaq üçün daha 20 gün imkan yaradılır” - o bildirib.

DYP rəsmisi onu da qeyd edib ki, bu müddət başa çatanadək nəqliyyat vasitəsini hələ də texniki baxışa təqdim etməyən şəxs 20 gündən sonra yenidən inzibati məsuliyyətə cəlb edilir və bu proses ardıcıl davam edir: “Məlumat üçün bildirim ki, nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan şəxs avtomobilini müəyyən edilmiş növbəti texniki baxışın keçiriləcəyi gündən əvvəl də Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə Mərkəzlərinə təqdim edə bilər. Lakin unutmaq lazım deyil ki, belə olduqda növbəti dəfə avtomobilinizin texniki baxışa təqdim olunma vaxtı dəyişiləcək və bu müddət avtomobilinizin sonuncu dəfə texniki baxışdan keçirildiyi gündən hesablanacaq”. 

Rüfət Quliyev bildirib ki, qanuna edilmiş daha bir mühüm dəyişiklik texniki baxışdan keçmiş nəqliyyat vasitəsi barədə elektron talonun tərtib olunmasıdır: "Bu halda artıq nəqliyyat vasitələrinin ön şüşəsinə vurulan texniki baxış talonuna ehtiyac qalmır. Belə ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə tərtib edilən elektron talon, dərhal elektron qaydada “ASAN ödəniş” sisteminə göndərilir və həmin sistem texniki baxış haqqında elektron talonu hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə yerləşdirir və onu şəxsin elektron ünvanına (olduğu halda) göndərir".

"Digər avtomobilləri texniki baxışdan keçirildikdən sonra əvvəlcə bu barədə elektron talon tərtib olunur. Əgər texniki baxış zamanı nasazlıqlar aşkar edilibsə bu barədə avtomobil sahibinə bildiriş verməklə ona nasazlıqların aradan qaldırılması tövsiyə olunur. Həmin minik avtomobili növbəti texniki baxışa təqdim edilərkən bildirişdə qeyd edilən nasazlıqlar təkrar aşkar edilərsə,bu dəfə nasazlıqlar aradan qaldırılmayanadək nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunmur” - DYP rəsmisi qeyd edib.

Şöbə rəisi sonda onu da əlavə edib ki, nəqliyyat vasitələrinin texniki baxışa təqdim edilməsi qaydalarına edilmiş mühüm əlavə və dəyişikliklərdən biri də inzibati cərimələrin ödənilməsi ilə bağlıdır: "Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan şəxs yalnız barəsində tətbiq edilən inzibati cərimələri ödədikdən sonra onun təqdim etdiyi nəqliyyat vasitəsinə texniki baxış həyata keçirilə bilər".

1373
Teqlər:
Rüfət Quliyev, avtomobil, qaydalar, texniki baxış, DYP
Əlaqədar
DYP kütləvi reydlər keçirir, cərimələnənlər var
Diqqət: DYP-dən sürücülərə və avtomobil sahiblərinə xəbərdarlıq
DYP Bakıda kütləvi reydlərə başladı – VİDEO
Bakıya gələn avtomobilləri DYP postunda saxlayıblar
DYP - sürücü mübahisələrinə səbəb olan əsas suallardan birinin cavabı verildi
DYP işçiləri külli miqdarda mənşəyi bilinməyən ət aşkarlayıb
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gəncə şəhərində qəza baş vermiş əraziyə gəlib

Ermənistanın mülki əhalimizə qarşı terror aktları barədə hər kəs məlumatlandırılıb - FHN

0
Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi terror xarakterli təxribatları barədə tərəfdaş ölkələrin uyğun qurumları və beynəlxalq təşkilatları məlumatlandırıb.

BAKI, 31 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi terror xarakterli təxribatları barədə tərəfdaş ölkələrin uyğun qurumları və beynəlxalq təşkilatları məlumatlandırıb.

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, 30-a yaxın ölkənin fövqəladə hallarla mübarizə üzrə məsul dövlət qurumları və 20-yə yaxın nüfuzlu beynəlxalq təşkilata, o cümlədən Birləşmiş Millətlər Təşkilatının uyğun qurumları (UN OCHA, UN DRR), Beynəlxalq Mülki Müdafiə Təşkilatı, NATO EADRCC (Avro Atlantik Fəlakətə Cavabın Əlaqələndirilməsi Mərkəzi), Avropa İttifaqının Avropa Mülki Müdafiəsi və Humanitar Yardım Əməliyyatları Baş İdarəsi, Avropa Şurasının Avropa və Aralıq Dənizi üzrə Böyük Risklər Sazişi, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər aidiyyəti beynəlxalq strukturlara ünvanlanmış məktublarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlər diqqətə çatdırılıb.

Məktublarda Ermənistan silahlı qüvvələri tərəfindən tarixi Azərbaycan torpaqlarının 20 faizinin 30 ilə yaxın işğal altında saxlanılması, işğal olunmuş bölgədən bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, BMT Təhlükəsizlik Şurasının torpaqlarımızın işğaldan dərhal və qeyd-şərtsiz azad edilməsi tələbi barədə 4 qətnaməsinin hələ də kağız üzərində qalması qeyd olunub.

Ermənistanın terrorçu xislətli hərbi-siyasi rəhbərliyinin qərarı ilə Ermənistan silahlı qüvvələrinin bu ilin 27 sentyabr tarixində Azərbaycanın mülki əhalisini və hərbi obyektləri hədəf alaraq hərbi təxribata əl atması və buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən əks-həmlə əməliyyatına başlanılması, bu əməliyyatın yalnız Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən birmənalı tanınmış torpaqlarında aparılması diqqətə çatdırılıb.

Bildirilib ki, Ermənistan dövlətinin ənənəvi terrorçu davranışlarına uyğun olaraq, Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törədir, çoxsaylı sakinlərin həlak olmasına səbəb olur. Bu çərçivədə, xüsusilə razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini kobudcasına pozaraq döyüş bölgəsindən kənarda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Ağcabədi və digər şəhər və kəndlərinin mütəmadi olaraq ağır artilleriya və raket atəşlərinə məruz qalması, nəticədə çoxsaylı mülki şəxslərin ölümü və ciddi dağıntıların baş verməsi qəti şəkildə pislənilir, bu terrorçu addımlara dərhal son verilməsi üçün dünya birliyinin Ermənistanın hərbi-siyasi rəhbərliyinə ciddi təzyiqlər göstərməsinin vacibliyi vurğulanır.

Qeyd edək ki, məktublara Ermənistan dövlətinin terrorçu xislətini sübut edən foto və videomateriallar, habelə ingilis dilində broşür əlavə olunub.

0
(0:49 / 5.85Mb / просмотров видео: 9)

Dağıdılmış qəbir daşları Ağcabədi məzarlığının atəşə tutulandan sonrakı videosu

8
Bu gün səhər saatlarından Ermənistan Silahlı Qüvvələri humanitar atəşkəs rejimini pozmaqda davam edib. Atılan mərmilərdən biri İmamqulubəyli kənd qəbiristanlığına düşüb.

Ağcabədinin Hacılar, Qiyaməddinli, Boyat, Arazbar və İmamqulubəyli kəndləri ağır artilleriyadan intensiv atəşə tutulub. Səhər saat 07:00 radələrində atılan mərmilərdən biri İmamqulubəyli kənd qəbiristanlığına düşüb. 7 qəbir daşı dağılıb, xeyli qəbirdə qəlpə izləri əmələ gəlib.

Ağcəbədi atəş altında: Evlər dağınıq, şüşələr paramparça, təsərrüfatlar viran – video >>

Sakinlər Ermənistan Silahlı Qüvvələrinin kəndləri mütəmadi atəşə tutduğunu, lakin heç nədən qorxmadıqlarını bildiriblər.

8
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə