Xırdalandakı Məktəb yolu adlanan ərazidə yağışın fəsadları

Hava şəraiti kəskin dəyişəcək

871
(Yenilənib 12:54 12.12.2018)
Yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var

BAKI, 12 dekabr — Sputnik. Bakıda və Abşeron yarımadasında dekabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər və gündüz bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var.

Bakı, dənizkənarı bulvar
© Sputnik / Murad Orujov

Şimal-qərb küləyi ilə arabir güclənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 10-12 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz olacaq.

Azərbaycanın rayonlarında dekabrın 13-də arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 13-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyinin əsəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

871
Teqlər:
temperatur, yağış, hava şəraiti, Abşeron yarımadası, Bakı
Əlaqədar
Hava şəraiti 1300-dən çox aviareysin təxirə salınmasına səbəb olub
Hava yenidən dəyişir: Külək əsəcək, yağış, qar yağacaq