İş yeri

Əlli min nəfər işlə təmin olunub

16
(Yenilənib 10:57 12.12.2018)
Kurslarda əmək bazarının tələblərinə uyğun peşələr öyrədilib və kursları bitirən şəxslərə peşə şəhadətnamələri verilib

BAKI, 12 dekabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2018-ci ilin 11 ayında ötən ilin müvafiq dövrünə nisbətən 9,1 faiz çox olmaqla 50211 işsiz və işaxtaran şəxs işlə təmin edilib. Bu barədə Sputnik Azərbaycan-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, Nazirlik tərəfindən icra olunan özünüməşğulluq proqramına cari ildə 7,3 minədək şəxs cəlb olunub. Onlardan bu günədək artıq 2,7 min şəxsə proqram çərçivəsində mal və materiallar verilərək kiçik ailə təsərrüfatları yaradılıb.

İşçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması məqsədilə işsiz və işaxtaran şəxslər üçün peşə hazırlığı kurslarının təşkili işləri də davam etdirilib. Bu ilin yanvar-noyabr aylarında nazirliyin xətti ilə 2704 nəfər (o cümlədən Dövlət Məşğulluq Xidməti tərəfindən 2468 nəfər, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 236 nəfər) peşə hazırlığı kurslarına cəlb edilib.

Kurslarda əmək bazarının tələblərinə uyğun peşələr öyrədilib və kursları bitirən şəxslərə peşə şəhadətnamələri verilib.

 

16
Teqlər:
işçi qüvvəsi, peşə, , Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Xidməti
Əlaqədar
Sizə iş yerləri təklif edirik, amma...
Ekspertlərdən "həyacan siqnalı": kreditlər bahalaşacaq, iş yerləri bağlanacaq!
Azərbaycanda 700-dən çox yeni iş yerləri yaradılacaq
İlham Əliyev: "Bu layihə böyük gəlir, iş yerləri deməkdir"
Dövlətdən vətəndaşa müjdə: Bütün boş iş yerləri "ayağınıza gələcək"
Ov tüfəngi, arxiv şəkli

Ata oğlunu güllələyib öldürdü

2
(Yenilənib 10:33 12.07.2020)
Məzahir Heybət oğlu Şəmiyev aralarında baş vermiş münaqişə zəminində oğlunu ov tüfəngi ilə güllələyib

BAKI, 12 iyul — Sputnik. Kürdəmirdə ata oğulu güllələyərək öldürüb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə rayonun Xırdapay kəndində baş verib.

Xırdapay kənd sakini, 1959-cu il təvəllüdlü Məzahir Heybət oğlu Şəmiyev aralarında baş vermiş münaqişə zəminində oğlu, 1985-ci il təvəllüdlü Elkən Şəmiyevi ov tüfəngi ilə güllələyərək öldürüb.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

2
Əlaqədar
Füzulidə qətl - 27 yaşlı gənci bıçaqlayıb öldürdülər
Nərmin Quliyeva ilə bağlı yayılan məlumatlara rəsmi münasibət bildirildi
Bıçağı təqdim edərək, qətli etiraf etdi...
Qohumlar arasında dava qətllə bitdi: İki qardaş əmilərini balta ilə öldürdülər
Prokurorluq Ucarda balta ilə törədilən qətl barədə açıqlama yaydı
Aydın Mirzəzadə

Millət vəkili: “Azərbaycan koronavirus pandemiyasına operativ reaksiya göstərdi”

1
(Yenilənib 22:23 11.07.2020)
Milli Məclisin deputatı Aydın Mirzəzadə deyir ki, prezident İlham Əliyevin yürütdüyü siyasət ölkəmizdə bu problemin həll olunmasına və ölkəmizin milli maraqlarının qorunmasına xidmət edir
Aydın Mirzəzadə: “Bu gün aparılan siyasət yoluxmanın qarşısını almağa yönəlib”

Hətta çətin bir dövrdə biz 30-dan çox ölkəyə yardım göstərmişik və düz etmişik. Bunu Prezident İlham Əliyev iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalı ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsi zamanı deyib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan koronavirus pandemiyası vaxtı operativ reaksiya göstərən ölkələrdən biridir:

“Hər bir ölə resurslarına uyğun olaraq mübarizə aparmağa çalışır. Ölkəmizdə görülən tədbirlərin nəticəsi olaraq xəstələnənlərin sayının müəyyən sayda saxlamaq mümkün olur və artımın qarşısı alınır. Bu gün aparılan siyasət artımın qarşısını almağa yönəlib. Aparılan siyasət həm daxildəki problemin həllinə, həm də dost ölkələrə yardımlar edilməsinə imkan verir. Prezident İlham Əliyevin yürütdüyü siyasət ölkəmizdə bu problemin həll olunmasına və ölkəmizin milli maraqlarının qorunmasına xidmət edir”.

Aydın Mirzəzadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

1