Polis, arxiv şəkli

Bakının ən məşhur restoranının direktorundan dəhşətli əməl: Arvadını binadan atdı

1382
Qeyd edək ki, Taxveli Ramiz Pərviz oğlu “Buta Palace”nin art direktorudur

Bakı, 11 dekabr - Sputnik. Bakıda daha bir ailə cinayəti baş verib. Sputnik Azərbaycan Nəsimi Rayon Prokurorluğuna istinadən xəbər verir ki, Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də yaşayan kişi həyat yoldaşını öldürüb. 

Belə ki, həmin ünvanda qeydiyyatda olan Taxveli Ramiz Pərviz oğlu 1988-ci il təvəllüdlü həyat yoldaşı Taxveli Adelya Azər qızını 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin balkonundan atıb.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar zamanı kişinin cinayəti narkotik qəbulu nəticəsində psixi pozğunluq halında törətdiyi müəyyən olunub. R.Taxveliyə məxsus avtomaşına baxış keçirilərkən kibrit qutusunda çəkisi 5.647 qram olan qurudulmuş marixuana aşkar edilib. 

Faktla bağlı 10 dekabr 2018-ci il tarixində Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. R.Taxveli saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, Taxveli Ramiz Pərviz oğlu “Buta Palace”nin art direktorudur.

1382
Teqlər:
hüquq-mühafizə orqanları, Nəsimi rayonu, qətl, cinayət
Əlaqədar
Şəxsi məlumat xarakterli kamera görüntülərini paylaşanlara cinayət işi açılacaq
Gözümüzün önündə böyük cinayət törədilir
Gəncədə film kimi cinayət – Əvvəl evdən pullar itib, sonra oğlu itkin düşüb
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
"AMAY Abdulla"nın "qaynanası" cinayət başında yaxalanıb
Angela Merkel

Angela Merkel Donald Trampın sözünü yerə saldı

5
Hazırda ümumi pandemiya vəziyyətini nəzərə alaraq, Angela Merkel Vaşinqtona səfərə və bu sammitdə iştirakına razı deyil.

BAKI, 30 may - Sputnik. Almaniya kansleri Angela Merkel ABŞ Prezidenti Donald Trampın G7 sammitinə dəvətini qəbul etməyib.

APA-nın verdiyi xəbərə görə, bu barədə Almaniya hökumətinin sözçüsü Steffen Seibert deyib.

"Federal kansler Vaşinqronda iyun ayının sonunda keçirilməsi nəzərdə tutulan G7 sammitinə dəvəti üçün Prezident Trampa təşəkkür edir. Hazırda ümumi pandemiya vəziyyətini nəzərə alaraq, Angela Merkel Vaşinqtona səfərə və bu sammitdə iştirakına razı deyil. Əlbəttə ki, xanım Merkel pandemiyanın inkişaf xəttini izləməyə davam edəcək", - deyə Steffen Seibert qeyd edib.

5
Lada 2107 avtomobili, arxiv şəkli

Dörd avtomobil oğurladı, "07"də ilişdi

4
(Yenilənib 15:18 30.05.2020)
Faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırlması üçün Sabunşu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

BAKI, 30 may - Sputnik. Sabunçu rayonu Ramana qəsəbəsində yaşayan paytaxt sakini Kənan Qarayevə məxsus “VAZ-2107”  markalı avtomobil oğurlanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, zərərçəkən bu barədə ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə şikayət edib. Sabunçu rayonunda yaşayan daha 3 nəfər oxşar məzmunlu şikayətlərlə polisə müraciət edərək müxtəlif vaxtlarda onların da istifadəsində olan eyni markalı avtomobillərin qaçırıldığını bildiriblər.

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiklər təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisələrini törətməkdə şübhəli bilinən paytaxt sakini  Hacı Məmmədov qısa zamanda tutularaq istintaqa təqdim edilib. O, törətdiyi qanun pozuntularını etiraf edərək ümumilikdə 4 avtomobil qaçırdığını və həmin nəqliyyat vasitələrinin ehtiyat hissələri sökərək satdığını bildirib. Hacı Məmmədov ifadəsində Sabunçu rayonunda 1 market və 1 evdən oğurluq etdiyini də etiraf edib.

Faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırlması üçün Sabunşu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Hacı Məmmədovun ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Onun  əməllərindən zərərçəkən başqa şəxslər varsa,  “102” Zəng Mərkəzinə  və ya Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edə bilərlər.

4