Siqaret, arxiv foto

Siqaretlə bağlı yeni cərimələr bu gündən qüvvəyə minir

837
(Yenilənib 10:35 11.12.2018)
İstər hərəkət vaxtı, istərsə də dayanmış vəziyyətdə taksidə sürücü və ya sərnişin siqaret çəkərsə, bu məbləğdə cərimə oluna bilər

BAKI, 11 dekabr — Sputnik. "Bu gündən taksi sürücüləri və taksidən istifadə edənlər yadda saxlasınlar ki, bu gündən taksidə siqaret çəkməyə görə 40-50 manat məbləğində cərimənin tətbiqi barəda qanun (İXM-in 322-ci maddəsinə düzəliş) rəsmi hüquqi qüvvə aldı". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz "Facebook" səhifəsində yazıb. 

O qeyd edib ki, istər hərəkət vaxtı, istərsə də dayanmış vəziyyətdə taksidə sürücü və ya sərnişin siqaret çəkərsə, bu məbləğdə cərimə oluna bilərlər.

Hüquqşünas onu da əlavə edib ki, bu gündən rəsmi hüquqi qüvvə alan qanuna (İXM-in 212-ci maddəsinə edilən əlavələr) əsasən, siqaret kötüyünü hara gəldi atanlar da 50 manat cərimə olunacaqlar: "İXM-ə yeni daxil edilən 212.4-cü maddə belədir:
212.4. Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə - əlli manat məbləğində cərimə edilir".

Ə.Hüseynov sözügedən normanı hərfi mənasında təfsir də edib: "Belə çıxır ki, xüsusilə siqaret kötüyünü zibil qutuları və belə tullantıların məhvi və ya atılması üçün xüsusi yerlər istisna olmaqla, istənilən başqa yerdə atan şəxs cərimələnə bilər. Ona görə də adət etdiyiniz kimi harada gəldi, yəni küçədə, parkda, çəmənlikdə, həyətdə, hətta meşədə və s. bu kimi yerlərdə siqaret kötüyünü atmayın".

"Yenə də ən yaxşısı budur ki, siqareti birdəfəlik atın getsin. Nə sağlamlığınızla bağlı, nə də hüquqi probleminiz olsun. Bu zərərli vərdişə xərclədiyiniz pul da cibinizdə qalsın" - deyə hüquqşünas qeyd edib.

837
Teqlər:
Ərşad Hüseynov, cərimə, siqaret
Əlaqədar
Taksidə siqaret çəkənlərin cərimələnməsi effektiv olacaqmı - Hüquqşünas şərhi
Siqaret bu xəstəliyə də səbəb olurmuş
Avtomobildə siqaret və telefon keçirmək istəyən saxlanıldı
Azyaşlılara siqaret və spirtli içki satan mağazaların başı dərddə
Uşaqlara siqaret satanlar cərimələndi
Haluk Levent

Müğənni koronavirusa görə işsiz qalanlar üçün xeyriyyə aksiyası keçirəcək

2
(Yenilənib 00:07 03.12.2020)
Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

BAKI, 3 dekabr — Sputnik. Türkiyəli müğənni Haluk Levent növbəti xeyriyyə işi ilə gündəmə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

O, 20 min ailəyə qida paketləri paylayacağını söz verib. Qeyd edək ki, Haluk Levent AHBAP adlı (Anadolu Halk ve Barış Platformu) xeyriyyə təşkilatının lideridir.

Müğənni olmaqla yanaşı, yardıma ehtiyacı olan insanlara kömək kampaniyaları ilə də məşhurdur. O, hətta ötən il Azərbaycanda xərçəng xəstəliyindən əziyyət çəkən Surə Nadirovanın müalicəsi üçün xeyriyyə konserti təşkil etmişdi.

Sənətçi bundan başqa, ötən ay İzmirdə baş verən zəlzələ nəticəsində sahibsiz qalan və yaralanan heyvanlara da yardım edib.

2
1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Reabilitasiya Mərkəzində, arxiv şəkli

Sosial reabilitasiya müəssisəsinə qəbul olunanlar arasında xeyli uşaq var

14
(Yenilənib 23:47 02.12.2020)
Sosial reabilitasiya müəssisəsində hazırda 72 sakinə xidmət göstərilir. Onlardan 23-ü qadın, 49 nəfəri isə kişidir.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 dekabr — Sputnik. 2020-ci il noyabr ayı ərzində "Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi"nə 23 sakin qəbul olunub.

Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən daxil olan məlumatda bildirilir.

Orada qurumun son aylardakı fəaliyyəti ilə bağlı qeyd olunur ki, müəssisəyə qəbul edilən 23 nəfərdən 7-si uşaq, 16-ı isə 18 yaşdan yuxarı olanlardır. Qəbul olunan yeni sakinlərin 12-si qadın, 11-i isə kişi cinsinə mənsubdur.

Məlumatda bildirilir ki, hazırda müəssisədə 72 sakinə xidmət göstərilir. Onlardan 23-ü qadın, 49 nəfəri isə kişidir. Sığınacaqda müvəqqəti məskunlaşanların yaş həddinə gəlincə, 72 sakinin 17-si uşaq, 55-i isə 18 yaşdan yuxarı olanlardır. 

14