Misirdə ehramın zirvəsinə çıxıb poz verən cütlüyü polis axtarır

© AP Photo / Lefteris PitarakisMisir ehramları, arxiv şəkli
Misir ehramları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Xatırladaq ki, ehramlara çıxmaq qadağandır

BAKI, 11 dekabr — Sputnik. Misirdə yaşanan hadisə dünya mediasında gündəmə gəlib. Sputnik Türkiyə xəbər verir ki, Misirə gələn cütlük gecə vaxtı ehramlardan birinə dırmaşıb. Qadının ehrama dırmanmasını sevgilisi fotoqraf Andreas Hvid kameraya çəkib. Daha sonra ehramın zirvəsinə çıxan qadın yarıçılpaq vəziyyətdə poz verib, sevgilisi isə onu çəkib. Çəkilən şəkillər dünya mediasında gündəmə gəlib. Fotoqraf deyib ki, onun ehramlarda şəkil çəkmək arzusu çoxdan olub.

Arxeoloq Zahi Havas isə deyib ki, bu şəkillər Photoshop-da düzəldilib: "Misir ehramlarında daşlar böyükdür. Şəkildə olan balaca daşlar orada yoxdur. Həm də gecə vaxtı ehramlara çıxmaq mümkün deyil".

Hadisə ilə bağlı Misir polisində cinayət işi açılıb. Araşdırma aparılır.

Qeyd edək ki, 2016-cı ildə almaniyalı fotoqraf da ehramların zirvəsinə çıxıb şəkil çəkdirdiyi üçün həbs edilmişdi.

Xatırladaq ki, ehramlara çıxmaq qadağandır.

Xəbər lenti
0