Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kürəkən qayınatanı qanına qəltan etdi

© Sputnik / Murad OrujovPolis əməkdaşları, arxiv şəkli
Polis əməkdaşları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Cinayətkar Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 10 dekabr — Sputnik. Azərbaycanda kürəkən qayınatasını qətlə yetirib.

Hadisə Qubanın ikinci Nügədi kəndində baş verib. Kənd sakinlərinin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdikləri məlumata görə, hadisə dekabr ayının 9- da baş verib. 1979-cu il təvəllüdlü Mehman Fərhad oğlu Balayev, bir neçə ay öncə atası evinə küsüb gedən həyat yoldaşını görmək adıyla qaynatasıgilə gedib. Qaynatası 1961-ci il təvəllüdlü Heybətov Heybət ilə kürəkəni M.Balayev arasında mübahisə başlayıb. Münaqişə böyüyüb və  kürəkən qayınatasına bıçaqla  zərbələr endirib.

Yaralı halda olan H.Heybətov Quba Rayon Mərkəzi xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq xəstə dünyasını dəyişib.

Onu qeyd edək ki, cinayətkar M.Balayevin 2 azyaşlı övladı var.

Cinayətkar Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisə ilə əlaqədar prokurorluqda cinayət işi başlanılıb.

Xəbər lenti
0