Yol polisi, arxiv şəkli

Yol polisi qalmaqallı video ilə bağlı açıqlama yaydı

433
(Yenilənib 16:33 10.12.2018)
İdarədən Sputnik Azərbaycan-a açıqlama verilib

BAKI, 10 dekabr — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi son günlər sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində yol polisinin gizli xidmət aparması və bu məqsədlə onlara bütün texnikalarla təchiz edilmiş mülki avtomobillərin verilməsi məsələsi ilə bağlı yayılan videoya münasibət bildirib.

İdarədən Sputnik Azərbaycan-a bildirilib ki, həmin görüntülər 4 il bundan əvvəl efirə gedib:

"Hansı ki, həmin vaxt yol patrul xidməti haqqında təlimat və yol hərəkəti haqqında qanunla yol polisinin gizli xidmət aparmasına icazə verilirdi. 2017-ci ildə isə yol hərəkəti haqqında qanuna dəyişiklik və yuxarıda adı sadalanan təlimata edilən dəyişikliklərdən sonra ölkədə yol patrul xidməti əməkdaşlarının gizli şəkildə xidmət aparması ləğv edilib. BDYPİ bu cür məlumatlar yayan KİV-lərə xəbərdarlıq edir və tövsiyə edir ki, bu tip məlumatları yaymamışdan əvvəl aidiyyəti orqanlarla dəqiqləşmələr aparılsın. Sürücülərin diqqətinə bir daha çatdırılır ki, azərbaycanda YPX qanunvericilik çərçivəsində aşkar şəkildə xidmət aparıla bilər. Digər şəkildə xidmət aparılmasına yol verilmir. Heç bir narahatlığa ehtiyac yoxdur".

433