Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
Bakı, 10 dekabr - Sputnik. “Ermənistanda keçirilən seçki barədə məlumatlar ilk olaraq, Ermənistan vətəndaşları və mətbuat tərəfindən söylənilir. Bizim söylədiklərimiz də bir növ onların təkrarıdır". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
Vitse-spiker qeyd edib ki, Ermənistanda seçki adına oyun oynanıldı. Bu seçkinin əvvəlcədən istənilən nəticəni verməsi üçün bütün addımlar atıldı, buna mane ola biləcək şəxslər, dairələr, təşkilatlar sıradan çıxarıldı, vətəndaşlar kifayət qədər qorxuduldu: "Ermənistanda "Seçsəniz də, seçməsəniz də baş nazir özüm olacam" prinsipi ilə hərəkət edildi və nəticə də ortadadır. Buna görə də əvvəlcədən bəlli bir nəticə sadəcə təsdiq etdirilməli idi”.
“Düşünürəm ki, Ermənistan vətəndaşlarının bu məsələyə münasibəti ortadadır və onlar özləri qərar verməlidirlər ki, bu seçkinin nəticələrini təsdiq etdirməklə, onun nəticəsində özünü legitimləşdirilən bir siyasi şoumenlərin rəhbərliyi altında yaşamaq, işləmək istəyirlərsə, bu, onların daxili həyatlarıdır. Amma hər halda regionda baş verən hadisə kimi bu, bizi də narahat edir və maraqlandırır" – deyə B.Muradova əlavə edib.
Milli Məclis sədrinin müavini vurğulayıb ki, Ermənistanda keçirilən seçki barədə dünyanın müxtəlif mərkəzləri, seçkilərin nəticələrini dəyərləndirən beynəlxalq təşkilatlar, o cümlədən ATƏT obyektiv mövqe ortaya qoymalıdır. Seçki günü müxtəlif təzyiq və təhdid edən çağırışların edilməsi ilə keçirilən seçkilərə öz obyektiv münasibətlərini münasibət bildirməlidir.
Onun sözlərinə görə, bir çox ekspertlərin söylədiyi kimi, seçkilərdən sonra Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi həlledici dəyişikliklərə imza atılacağı qənaətində deyil: “Çünki elə seçkiqabağı da Dağlıq Qarabağda Ermənistan vətəndaşlarının xidmət etməsi və necə xidmət etməsi ilə bağlı səsləndirilən fikirlər, Paşinyanın özünün açıqlamaları və s. bunların seçkiyə hesablandığını göstərirdi”.
BAKI, 17 yanvar - Sputnik. Qara dənizin Türkiyə sahillərində, Bartın vilayətinin İnkumu sahillərinə yaxın ərazidə batan Palau bayrağı altında üzən “Arvin” quru yük gəmisinin batması nəticəsində dörd nəfər həlak olub və həyatını itirənlərin sayı arta bilər.
Bunu Türkiyənin Bartın vilayətinin valisi Sinan Güner bildirib. Onun sözlərinə görə, “Arvin” gəmisinin batmasına əlverişsiz hava şəraiti səbəb olub:
“Son məlumata görə, 4 nəfər ölüb, 6 heyət üzvü xilas edilib. Yüksək dalğalara görə dənizdə axtarış-xilasetmə işləri dayandırılıb, helikopterlərdən isifadə edilərək havadan axtarışlar davam edir”.
Rusiya Dənizçilərinin Həmkarlar İttifaqının məlumatına görə, gəminin operatoru Ukraynanın Tesoro Marine LLC şirkətidir. Türkiyə Hərbi Dəniz Qüvvələri axtarış əməliyyatında iştirak etmək üçün freqat göndərmişdi.
Daha öncə gəminin Rusiya bayrağı altında üzdüyü bildirilirdi. Son məlumatlara görə, Palau bayrağı altında üzən gəminin 12 nəfərlik heyətinin 10 üzvü ukraynalı, ikisi isə rusdur. Gəminin sahibi Arvin Shipping LTD-dir (Beliz). Gəmi 1997-ci ildə Rusiyada qeydiyyatdan çıxarılıb.
BAKI, 17 yanvar - Sputnik. Qarabağda aparılan axtarışlar zamanı müharibə zamanı itkin düşmüş daha 3 erməni hərbçinin meyiti tapılıb.
Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.
Məlumata görə, erməni hərbçilərin meyitləri Hadrut, Füzuli və Cəbrayılda aşkarlanıb. Ermənistanın itkin hərbçilərinin axtarışları Şuşada da davam etdirilib. Lakin şəhərdə hər hansı meyit tapılmayıb.
Qeyd edilir ki, sabah Qubadlıda, Hadrutda, Füzulidə və Cəbrayılda itkin erməni hərbçilərin axtarışları davam etdiriləcək. Axtarışlara iki qrup ayrılacaq. Onlardan biri həlak olanların meyitlərini, digəri isə gizlənən erməniləri axtaracaq.
Məlumata görə, bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 235 nəfərə çatıb.