Polis, arxiv şəkli

Kürdəmirdə polis zabiti faciəvi şəkildə öldü

80
(Yenilənib 18:00 08.12.2018)
Dünyasını dəyişən Ə.Qayıbəliyev Ağsu Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayorudur

BAKI, 8 dekabr — Sputnik. Kürdəmir rayonunda polis əməkdaşının ölümü ilə nəticələnən yol qəzası baş verib.

Sputnik Azərbaycan Trend-ə istinadlaHadisə dekabrın 7-də saat 1 radələrində, rayonun Sığırlı kəndi ərazisində baş verib. Kənd sakini Əli Qayıbəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobili idarə edərkən qəfil halı pisləşib və avtomobili yolun kənarında dayanmış Lənkəran rayon sakini Səfail Quliyevə məxsus “QAZel” markalı avtomobilə vurub.

Hadisə nəticəsində "VAZ-21 07" markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Dünyasını dəyişən Ə.Qayıbəliyev Ağsu Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayorudur.

80
Teqlər:
ölüm, zabit, polis, Kürdəmir, qəza
Əlaqədar
Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən qəza baş verib — VİDEO
Şamaxıda ağır qəza nəticəsində ölənlər var
Sərxoş keşiş qəza törətdi və hadisə yerindən qaçdı
Bakı-Sumqayıt yolunda müdhiş qəza, çoxlu sayda yaralı var