Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə-Rusiya anlaşması Avropanı vəlvələyə salıb

© Sputnik / Grigoriy SisoevS-400
S-400  - Sputnik Azərbaycan
Abunə olmaq
Baş nazir: Türkiyə Yunanıstana müharibə elan etmək üçün bəhanəni əldən vermir

BAKI, 7 dekabr — Sputnik. Afina Türkiyənin Rusiya istehsalı olan S-400 zenit-raket kompleksini almasından narahatdır.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bunu Yunanıstanın baş naziri Aleksis Tsipras Rusiya prezidenti Vladimir Putinə bildirib.

Baş nazir mətbuat konfransında deyib ki, danışıqlar zamanı "Şərqi Aralıq dənizində baş verən hadisələrin inkişafını və bu bölgədə formalaşan yeni enerji xəritəsini"müzakirə ediblər. Tsiprasın sözlərinə görə, Putinə "Türkiyənin yeni silah proqramına münasibətindən narahatlığını" bildirib. Qeyd edib ki, Türkiyə Yunanıstana müharibə elan etmək üçün formal bəhanəni əldən vermək istəmir.

ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan
Ərdoğan - Tramp görüşünün detalları məlum olub

Daha əvvəl verilən məlumata görə, ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin yeni rəhbəri üzrə Ceyms İnhof Türkiyəyə S-400 zenit-raket komplekslərinin alınması ilə bağlı ultimatum göndərib. O qeyd edib ki, Türkiyə F-35 proqramının üzvü kimi qalmaq üçün mütləq bu kompleksdən imtina etməlidir.

Rusiya ilə Türkiyə arasında bağlanan saziş Ankaranın S-400 sistemi ilə təchiz olunmuş dörd diviziyanı satın almasını ehtiva edir. Sazişin dəyəri 2,5 milyard dollar təşkil edir. Bu məbləğin yarıdan çoxunu Rusiya kredit şəklində bağlayacaq. Bu sistemlərin Türkiyədə quraşdırılmasına 2019-cu ilin oktyabrında başlanacaq.

Ankaranın Rusiyanın S-400 raketlərini alması ABŞ-ın narazılığına səbəb olub. Çünki Türkiyə NATO üzvüdür və Şimali Atlantika Alyansının bütün hərbi sistemi vahid standart üzrə işləməlidir. Vaşinqton bu səbəbdən Türkiyəni sanksiyalarla təhdid edir.

Xəbər lenti
0