Elektrik xəttlərinin təmiri

Altı mindən çox istehlakçının işıq problemi həll olundu

25
(Yenilənib 16:33 07.12.2018)
Sakinlər 24 saatlıq dayanıqlı fasiləsiz elektrik enerjisi təchizatı ilə təmin olundular

BAKI, 7 dekabr — Sputnik. Abşeron rayonu Masazır və Məhəmmədi qəsəbələrində, eləcə də Xırdalan şəhərinin bəzi hissələrində əvvəllər yaranmış qısa fasilələr aradan qaldırılıb. Sputnik Azərbaycan-a "Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən daxil olan məlumata görə, görülən yenidənqurma işləri ilə əlaqədar olaraq istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enejisi ilə tam təmin olunub.

Elektrik xəttlərinin təmiri
© "AZƏRİŞIQ" ASC-nin mətbuat xidməti
Elektrik xəttlərinin təmiri

İstehlakçı qrupların elektrik enerjisi təchizatının dayanıqlı və keyfiyyətli olması ilə əlaqədar yeni inşa olunmuş 35/10 kV-luq "Məhəmmədi" və "Masazır" yarımstansiyalarından adıçəkilən qəsəbələrin əlaqələndirici xəttləri yenilənib. "Əhali istehlakçı qrupları qeyri-əhali istehlakçı qruplarından ayrılaraq 24 saatlıq dayanıqlı fasiləsiz elektrik enerjisi təchizatı ilə təmin olundular" - deyə "Azərişıq" ASC-dən verilən məlumatda bildirilib.

Qurumdan verilən məlumata görə, son aylarda əlaqələndirici xəttlər yenilənərək 400-ə yaxın dayaqlar dəmir beton dayaqlarla əvəzlənib. Məhəmmədi qəsəbəsinin 2 mindən çox, Masazır qəsəbəsinin isə 4 mindən çox istehlakçıları dayanıqlı və keyfiyyərli elektrik enerjisi ilə təmin olunub

 

25