Xırdalandakı Məktəb yolu adlanan ərazidə yağışın fəsadları

Sabahın hava proqnozu

62
(Yenilənib 12:57 07.12.2018)
Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var

BAKI, 7 dekabr — Sputnik. Bakıda və Abşeron yarımadasında dekabrın 8-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 9-11 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.

Azərbaycanın rayonlarında dekabrın 8-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti təşkil edəcək.

62
Teqlər:
qar, yağış, hava
Əlaqədar
Bakıda sərnişinləri yağışdan qorumaq üçün yeni addım atılır
Qar-çovğun yaxınlaşır
Qar yağacaq
Yağışlardan sonra cənub bölgəsində sürüşmə aktivliyi artıb - FOTO