Улица в Баку, фото из архива

Bakının əsas küçələrindən biri tam olaraq sürücülərin üzünə bağlanacaq

107
(Yenilənib 11:59 06.12.2018)
AAYDA: Sürücülərdən alternativ yollardan istifadə etmələrini xahiş edirik

BAKI, 6 dekabr — Sputnik. Yasamal rayonu, A.M.Şərifzadə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O bildirib ki, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində, "Asan Xidmət" mərkəzinin qarşısında, yolun altından rabitə xətlərinin keçirilməsi ilə əlaqədar olaraq bu gun saat 23:00-dan sabah səhər 05:00-dək (6 saat) avtomobillərin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

"Vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə, öncədən üzr istəyirik və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini xahiş edirik" - deyə Nəcəfli qeyd edib.

107
Teqlər:
AAYDA, sürücü, hərəkət, küçə, Yasamal rayonu
Əlaqədar
Paytaxt küçələrində əcaib romantika: Qayıq sürən kim, balıq tutan kim, şoka düşən kim...
Şəhərimizdə daha bir mərkəzi küçə çökdü — FOTO
Küçələrin işığına qənim kəsilənlər tutuldu