Sənədin imzalanması

Boş qalan vəzifəyə yeni təyinat

37
(Yenilənib 10:52 06.12.2018)
P.Məmmədova bu təyinata qədər Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıb

BAKI, 6 dekabr - Sputnik. Bakı Beynəlxalq Avtovağzalı Kompleksinə yeni mətbuat katibi təyin edilib.  Bu gündən başlayaraq qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsini Pərvin Məmmədova icra edəcək

Sputnik Azərbaycan-a bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. 

O bildirib ki, P.Məmmədova bu təyinata qədər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıb.

Qeyd edək ki, ötən ay Avtovağzalın mətbuat xidmətinin rəhbəri Yaşar İsakov Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin rəis müavini təyin olunub.

37
Teqlər:
mətbuat katibi, təyinat, Bakı Beynəlxalq Avtovağzalı
Əlaqədar
Bakıda qalmaqallı posta yeni təyinat oldu
Dənizkənarı Bulvar idarəsinə təyinat
Səbailin icra başçısının əvvəlki vəzifəsinə təyinat oldu
Dövlət qurumuna yeni təyinat olub
Boş qalan vəzifəyə yeni təyinat