Bir stəkan su və buz

Təyyarələrdə su içməyin, səbəbi var

217
(Yenilənib 20:19 05.12.2018)
Alimlər təyyarəyə minən zaman antiseptiklər götürməyi məsləhət görür

BAKI, 6 dekabr — Sputnik. Hanter kollecinin Qida Polisi Mərkəzi 11 aviaşirkətin təyyarəsində qidaların tərkibini yoxlayıb və suyun çirkli olduğunu müəyyən edib. Sputnik Aazərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırmanın nəticələri Fox News-da yayımlanıb.

Плоды дуриана
© Sputnik / Mikhail Fomichev

"Təyyarələr eniş etdikdən sonra heç kim onu təmizləmir. Eyni zamanda, su çənləri təmizlənmir. Çənin təmizlənməsi üçün vaxt çatmır. Çənlər hər istifadədən sonra ağzınacan doldurulur. Gün ərzində çənin dibinə yatan qalıqlar isə suda qalır" – deyə qida eksperti Çarlz Platkin açıqlayıb.

O qeyd edib ki, aviaşirkətlərin qaydalarına görə, çənlər ildə 4 dəfə təmizlənir. Buna görə də, insanlar bağırsaq çöpü xəstəliklərinə yoluxa bilər. Ekspert təyyarələrdə təklif edilən içkiləri içməməyə çağırır. Alimlər təyyarəyə minən zaman antiseptiklər götürməyi də məsləhət görür.

Bununla yanaşı, təyyarələrdə oturacaqların ön ciblərindən istifadə etməmək də məsləhət görülür. Ekipaj üzvlərinin sözlərinə görə, təmizləmə zamanı bu yerlər təmizlənmir və bura sərnişinlər çirkli salfetlərdən tutmuş, alt paltarına kimi hər şey qoyurlar.

217
Teqlər:
aviaşirkət, təmizlik, su, təyyarə
Əlaqədar
Şeyxülislam təyyarə olayları və Abel Məhərrəmovla münasibətlərdən danışdı
Təyyarə iki metr hündürlükdən uçdu – VİDEO
Təyyarə qəzaya uğradı, avtomobil yoluna düşdü
Ermənistanda yoxa çıxan təyyarə yarğanda tapılıb