CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkəyə qanunsuz qızıl keçirilməsinin qarşısı alınıb

© Sputnik / Irade JELILЗолотые украшения, фото из архива
Золотые украшения, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Gömrük baxışı zamanı nəqliyyat vasitəsində gömrük nəzarətinə bəyan olunmayan məmulatları müəyyən olunub

BAKI, 5 dekabr — Sputnik. Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Xanoba" gömrük postunda Azərbaycandan gedən, Rusiya vətəndaşına məxsus "VAZ 21150" markalı avtomobil saxlanılıb.

© © DGK-nin Mətbuat xidmətiAvtomobildə 500 qramdan çox qızıl məmulatları aşkarlanıb
Ölkəyə qanunsuz qızıl keçirilməsinin qarşısı alınıb - Sputnik Azərbaycan
Avtomobildə 500 qramdan çox qızıl məmulatları aşkarlanıb

Dövlət Gömrük Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, gömrük baxışı zamanı nəqliyyat vasitəsində gömrük nəzarətinə bəyan olunmayan 500 qramdan çox qızıl məmulatları müəyyən olunub. Belə ki, avtomobilin salonunda - arxa oturacağın arxasında olan gödəkcənin sağ yan cibindəki bir ədəd polietilen paketin içərisində, 137 qram 10 ədəd qızıl üzük-sırğa dəsti, 26 qram 2 ədəd qızıl qolbaq və 8 qram 1 ədəd qızıl üzük, ön sol oturacağın ayaq əyləcinin altındakı örtüyün arxasında - 2 ədəd polietilen paketin içərisində isə, 223 qram 15 ədəd qızıl üzük-sırğa dəsti, 42 qram 6 ədəd qızıl üzük, 28 qram 3 ədəd qızıl qolbaq, 35 qram 5 cüt qızıl sırğa, 28 qram 4 ədəd qızıl boyunbağı və 6 qram 3 ədəd qızıl kulon aşkarlanıb.

© © DGK-nin Mətbuat xidmətiAvtomobildə 500 qramdan çox qızıl məmulatları aşkarlanıb
Ölkəyə qanunsuz qızıl keçirilməsinin qarşısı alınıb - Sputnik Azərbaycan
Avtomobildə 500 qramdan çox qızıl məmulatları aşkarlanıb

Faktla bağla araşdırma aparılır.

 

Xəbər lenti
0