CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tanınmış aşpaz absurd iddia ilə çıxış etdi

CC0 / RitaE / SaladTərəvəz salatı
Tərəvəz salatı - Sputnik Azərbaycan
Abunə olmaq
"30 il sonra tamamilə ətsiz qidalanacağıq" — Ət xörəkləri üzrə ustad

BAKI, 5 dekabr — Sputnik. Ət xörəkləri üzrə tanınmış aşpaz Fransis Mallman ilginc proqnoz verib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, aşpaz yaxın 30 ildə hər kəsin veqan olacağını deyib: "Düşünürəm ki, 30 il sonra tamamilə ətsiz qidalanacağıq. Sağlamlıq üçün daha faydalı olan veqanlıq artıq gənclər arasında da maraqla qarşılanır".

Lakin aşpazın sözlərinə görə, veqan və vegetarianlığa marağın artması onu peşəsindən uzaqlaşdırmayacaq: "1980 və 1990-cı illərin veqan və vegetarianları indikindən tamamilə fərqli olub. Onlar daha çox zorakılığa meyilli idilər. Lakin bugünkü veqan və vegeterianlar onlardan fərqli olaraq daha mülayim və xöşrəftardır. Artıq bizim də onlardan nəsə öyrənmək zamanımız yetişib".

 

Xəbər lenti
0