Turac

Adı "Qırmızı kitaba" düşən quşu saxlayan şəxs cərimə edilib

22
(Yenilənib 16:39 04.12.2018)
İdarə əməkdaşları tərəfindən dəniz kənarında fəaliyyət göstərən və sanitariya qaydalarına riayət etməyən, ətraflarında tullantılar olan bir neçə obyektlə bağlı da müvafiq tədbirlər görülüb

BAKI, 4 dekabr — Sputnik. Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən İmişli rayonu ərazisində keçirilən reydlər nəticəsində 3 ədəd öv tüfəngi, 38 ədəd patron və 2 ədəd "Qırmızı kitab"a düşmüş "Turac" quşu götürülüb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib edilib.

İdarə əməkdaşları tərəfindən dəniz kənarında fəaliyyət göstərən və sanitariya qaydalarına riayət etməyən, ətraflarında tullantılar olan bir neçə obyektlə bağlı da müvafiq tədbirlər görülüb.

Polis əməkdaşları tərəfindən sahilkənarı kafe və restoran sahibləri ilə ətraf mühitin qorunması, təmizliyə riayət olunması mövzusunda mütəmadi olaraq profilaktiki söhbətlər aparılır.

22