Bakı dənizkənarı bulvar

Əhalinin sabaha gözlədiyi xəbər açıqlandı

175
(Yenilənib 13:18 04.12.2018)
Dağlıq ərazilərdə qar yağacağı gözlənilir

BAKI, 4 dekabr - Sputnik. Dekabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Sputnik Azərbaycan bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir. 

Məlumatda bildirilir ki, səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 12-14 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sabah bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti təşkil edəcək.

175
Teqlər:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, hava
Əlaqədar
Yeni həftənin ilk gününün hava proqnozu açıqlandı
Sabahın hava proqnozu açıqlandı
Dekabr üçün hava proqnozu açıqlandı
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhaliyə hava xəbərdarlığı