Avropada əhalisi

Avropada yəhudi düşmənlərinin sayı artır

83
(Yenilənib 11:30 27.11.2018)
Sorğu Fransa, Almaniya, Böyük Britaniya, Macarıstan, Polşa və İsveçdə keçirilib

BAKI, 3 dekabr — Sputnik. Avropa ölkələrində təşkil edilən sorğu nəticəsində bəlli olub ki, avropalıların yarısından çoxu yəhuudilərin maliyyə və biznes sahəsində böyük təsirə malik olduğuna inanır. Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, CNN.com tərəfindən təşkil edilən sorğuya 7 mindən artıq avropalı qatılıb.

Respondentlərin 1/4-i bu gün dünyada gedən müharibələrdə yəhudi izinin olduğuna inandıqlarını söyləyib. Rəyi soruşulanların 1/5-i isə onların media və siyasətdə böyük rola malik olduğuna inandıqlarını deyib. Sorğuda iştirak edən avropalıların 1/3-i isə faşistlər tərəfindən yəhudilərə qarşı edilən soyqırımdan xəbərsiz olduqlarını bildiriblər.

Qeyd edək ki, bu sorğu Fransa, Almaniya, Böyük Britaniya, Macarıstan, Polşa və İsveçdə keçirilib.

83