CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Sosial sığorta haqqında" qanuna dəyişikliklər təsdiqlənib

Abunə olmaq
Artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir

BAKI, 30 noyabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Sosial sığorta haqqında" qanuna dəyişikliklər qəbul edilib.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə görə, qanuna 9-1-ci maddə (Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət) əlavə edilib.

Parlamentin iclası - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Milli Məclis dövlət büdcəsini təsdiqlədi

Əlavəyə görə, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.

Artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qanunda deyilir ki, sığortaedənlərin və sığortaolunanların məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının təqdim etdiyi uçot məlumatları əsasında aparılır.

Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir.

Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Digər dəyişikliyə görə, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək.

Dəyişikliklər ikinci və üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0