Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli

Bölgədə itkin düşmüş qadın Bakıda tapıldı

129
(Yenilənib 14:57 29.11.2018)
Əhmədova paytaxtın Nəsimi rayonu ərazisində tapılaraq ailə üzvlərinə təhvil verilib

BAKI, 29 noyabr — Sputnik. Qax Rayon Polis Şöbəsinə şəhər sakini, ruhi xəstə, 21 yaşlı Zibeydə Əhmədovanın oktyabrın 19-da itkin düşməsi barədə müraciət daxil olub. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb.

DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Qax RPŞ əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əhmədova paytaxtın Nəsimi rayonu ərazisində tapılaraq ailə üzvlərinə təhvil verilib.

129