Polis şöbəsi

Borclu kimi axtarışda olan 22 nəfər saxlanıldı

41
(Yenilənib 11:47 27.11.2018)
Məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması təmin olunub

BAKI, 27 noyabr — Sputnik. Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 95 cinayət faktı qeydə alınıb, onların da 9-u "isti izlər"lə açılıb.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb 6 nəfər xəsarət alıb. Həmçinin daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib, cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb.

41

Vətən uğrunda şəhid olmuş baş əsgər son mənzilə yola salınıb video

5
(Yenilənib 17:20 13.07.2020)
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət gərgin olaraq qalır. Ordumuz dörd şəhid verib və onlar Azərbaycan bayrağı altında doğulduğu rayonlarda dəfn ediliblər.

Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu, baş əsgər 1996-cı il təvəllüdlü Elşad Dönməz oğlu Məmmədov dəfn olunub. Şəhidin cənazəsi doğulduğu Tovuzun Ağdam kəndində torpağa tapşırılıb. Milli Ordumuzun şəhidi ailəli olub, 6 aylıq oğlu var.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olublar, əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu və baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olublar.

Azərbaycan Ordusu düşmənin dayaq məntəqəsinə zərbə endirib – döyüş xəttindən video>>

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

5
KTMT və Ermənistan bayrağı, arxiv şəkli

Müttəfiqləri Ermənistanı dəstəkləmədi KTMT-nın iclası təxirə salındı

13
(Yenilənib 17:19 13.07.2020)
Daha əvvəl Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sədri (KTMT) Stansilav Zasla Ermənistan-Azərbaycan sərhədində baş verənləri müzakirə edib

BAKI, 13 iyul — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sədri Aleksandr Zasın təşəbbüsü ilə qurumun Daimi Şurasının keçirilməli olan təcili iclası qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azadlıq Radiosunun erməni bölməsinə açıqlamasında KTMT-nın baş katibi Vladimir Zaynetdinov bildirib.

Onun sözlərinə görə, iclas tərəflər arasında məsləhətləşmələr səbəbindən təxirə salınıb. O, həmçinin qeyd edib ki, müzakirələrin hansı formatda keçriilməli olduğu dəqiqləşdirilməlidir.

Zaynetdinov kimin təşəbbüsü ilə iclasın təxirə salındığını açıqlamayıb.

Qeyd edək ki, Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan KTMT-nın üzvlərdir.

Xatırladaq ki, daha əvvəl Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sədri (KTMT) Stansilav Zasla Ermənistan-Azərbaycan sərhədində baş verənləri müzakirə edib.

Ermənistan XİN-dən, həmçinin bildirilib ki, KTMT sədri ilə daima əlaqə saxlanılır və qurum daxilində işlər aparılır.

Qeyd edək ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Hər iki tərəfin itki verdiyi bildirilir. Belə ki, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir.

Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.

13