Премьер-министр Армении Никол Пашинян на заседании правительства (8 июня 2018). Еревaн

Paşinyan Minskə getməkdən imtina etdi

69
(Yenilənib 11:27 27.11.2018)
Minskdə keçiriləcək Avrasiya İqtisadi Birliyinin (AİB) Hökumətlərarası Şurasının iclasında Ermənistanı baş nazirin birinci müavini Ararat Mirzoyan təmsil edəcək

BAKI, 27 noyabr — Sputnik. Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Minskdə keçiriləcək Avrasiya İqtisadi Birliyinin (AİB) Hökumətlərarası Şurasının iclasında iştirak etməyəcək. Sputnik Belarus xəbər verir ki, Şuranın keçirildiyi gün o məzuniyyətdə olacaq.

Ekspertlər əmindirlər ki, Paşinyan Minskdəki iclasdan imtina etməsi nümayişkaranə xarakter daşıyır. Bu yaxınlarda Belarus prezidenti və Ermənistan baş naziri arasında ciddi fikir ayrılıqları yaşanıb.

Belə ki, ayın əvvəlində baş tutan KTMT-nın hökumət başçılarının görüşündən sonra Belarus prezidenti Aleksandr Lukaşenko görüşün gündəliyi barədə Azərbaycan səfirinə məlumat verib. Bu isə rəsmi Yerevanın hiddətinə səbəb olub. Paşinyan həmin vaxt Belarus liderindən "cavab tələb etmək" niyyətində olduğunu bildirib. Buna cavab olaraq Belarus XİN Yerevanı "küçə diplomatiyası" qaydalarından istifadə etməməyə çağırıb.

Minskdə keçiriləcək Avrasiya İqtisadi Birliyinin (AİB) Hökumətlərarası Şurasının iclasında Ermənistanı baş nazirin birinci müavini Ararat Mirzoyan təmsil edəcək.

69

Şəhid general-mayorla doğulduğu Qəbələdə izdihamlı vida

276
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan qəhrəman hərbçimiz, general-mayor Həşimov Poladın nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib.

General-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmanca şəhid olub. Onun nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib. Məmləkətinə onunla vidalaşmaq imkanı yaradılıb.

Qeyd edək ki, şəhidimiz sabah paytaxtdakı İkinci Fəxri Xiyabanda son mənzilə yola salınacaq.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu, bu gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.

276
Artilleriya atəşi, arxiv şəkli

Ermənistanın daha bir hərbi obyekti darmadağın edildi - VİDEO

327
(Yenilənib 23:31 14.07.2020)
Dövlət sərhəddinin Tovuz istiqamətində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin intensiv atışması davam edir.

BAKI, 14 iyul — Sputnik. İyulun 14-də Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin daha bir hərbi obyekti - bölüyün dayaq məntəqəsi bölmələrimizin dəqiq zərbəsi ilə darmadağın edilib.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

327