Neft, arxiv şəkil

Neftlə bağlı bədbin proqnoz : Gələn il heç yaxşı olmayacaq

395
(Yenilənib 14:05 23.11.2018)
"Büdcə layihəsində neftin qiymətinin 60 dollardan 55 dollara endirilməsi daha arzuolunandır" - Vüqar Bayramov

BAKI, 23 noyabr — Sputnik. "Neftin dünya bazarında qiymətinin aşağı düşməsi qlobal təkliflərin çoxluğu ilə bağlıdır. Bundan başqa, dünya iqtisadiyyatındakı geriləmələr isə "qara qızıl"a tələbi azaltmaqla yanaşı bazara psixoloji təsirlər yaradıb". Sputnik Azərbaycan xəbər verir ki, iqtisadçı-alim Vüqar Bayramov neftin qiymətinin azalma səbəbləri ilə bağlı şərhində belə qeyd edib.

Onun sözlərinə görə, Çin birjalarında səhmlərin qiymətinin aşağı düşməsi ilə qiymət azalmaları daha da sürətlənib: "Çin birjalarında qiymətlərin azalması qlobal böhran və neftə tələbin kəskin azala biləcəyi mesajıdır. Beynəlxalq Enerji Akademiyasının məlumatına görə, bu ilin üçüncü rübündə neftə olan gündəlik tələb 99.8 milyon barel, təklif isə 100.74 milyon barel olub. Rəqəmlərin sadə müqayisəsi bazardakı vəziyyəti qiymətləndirməyə kifayət edir". 

"Ötən gün "JP Morgan" şirkəti "brent" markalı neft üçün qiymət proqnozunu 2019-cu il üçün hər bareldə 10 dollar aşağı salıb. Öncələr neftin qiymətinin 2019-cu ildə 83 dollar olacağını düşünən "JP Morgan" ekspertləri orta qiymət olaraq 73 dollar proqnozlaşdırırlar. Qiymət azalmaları davam edəcəyi halda növbəti ildə proqnozun daha da azaldılacağı gözlənilir" – deyə alim əlavə edib.

V.Bayramov neft hasilatı ilə bağlı ABŞ-ın mövqeyini də şərh edib: "Qiymət azalmalarına görə, Səudiyyə Ərəbistanına təşəkkür edən və aşağı qiymətlərin "dadını çıxartmağa" səsləyən Tramp əslində ABŞ-ın adını da öz "twit"ində qeyd etməli idi. 2018-ci ildə hasiltatı kəskin artıran ABŞ dünyada ən çox neft istehsal edən ölkəyə çevrilib. Hətta yaxın gələcəkdə ABŞ-ın Səudiyyə neftinə ehtiyacının qalmayacağı da proqnozlaşdırılır".

İqtisadçının sözlərinə görə, bütün bunlara baxmayaraq OPEC neft qiymətlərini tənzimləməyə çalışır: "OPEC 2014-cu il "neft şokunun" təkrarlanmasına imkan verməməyə çalışsa da, neft bazarı 4 il əvvəlki vəziyyətə istiqamətlənməkdədir. Digər tərəfdən neftin bir barelinin 10 dollar aşağı düşməsi və bir müddət həmin intervalda qalması dünyada yeni şokun yaradılması üçün yetərlidir. Bu səbəbdən 2019-cu il üçün neft bumunu proqnozlaşdıranlar yeni qiymət şokuna hazır olmalıdırlar". 

"Doğrudur, OPEC+ növbəti ay neft hasilatını azaltmaqla bağlı razılaşma əldə etməyə çalışır. Lakin hələlik bu potensial məhdudiyyətlər bazardakı vəziyyətin kardinal dəyişməsi üçün yetərli deyil" – deyə V.Bayramov əlavə edib.

Alim 2019-cu il üçün Azərbaycana üçün məqsədəuyğun addımlardan söz açıb: "Neft bazarında volatilliyin yüksək olduğunu nəzərə alsaq, 2019-cu il üçün dövlət büdcəsində neftin qiymətinin 60 dollardan aşağı götürülməsi məqsədəuyğun olar. Gələn ilin büdcə gəlilərinin 60 faizinin neft sektorunun payına düşdüyünü nəzərə alsaq, 60 dolları riskli qiymət kimi xarakterizə edə bilərik. Bu səbəbdən Maliyyə Nazirliyi 2019-cu ildə neft bazarında yaranacaq potensial fors-major hallarına hazır olmalıdır. Məhz bu səbəbdən də növbəti ilin büdcəsində neftin qiymətinin 55 dollardan yüksək götürülməsi məqsədə uyğun deyil. Hətta gələn il neftin qiyməti 60 dollardan yüksək olarsa belə, il ərzində büdcəyə dəyişiklik etməklə qiyməti optimallaşdırmaq mümkündür. Buna görə də, büdcə layihəsində neftin qiymətinin 60 dollardan 55 dollara endirilməsi daha arzuolunandır".

395
Teqlər:
qiymət, Vüqar Baryamov, neft
Əlaqədar
Neft Fondunun vəsaitlərindən əldə olunan gəlir açıqlandı
Əli Məsimli: “İxracatda qeyri-neft sektorunun payı artmağa başlayıb”
Qeyri-neft sektorunun ciddi artımı proqnozlaşdırıldı
Neft qiymətlərinin aşağı düşməsini diqqətlə izləyirik – Kreml
Erməni pasportu

Doğulduğu yer - Azərbaycan? Qarabağ ermənisinin pasportu Ermənistanda qalmaqal yaradıb

355
(Yenilənib 00:01 03.03.2021)
"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam" - Arsen Karapetyan.

BAKI, 2 mart - Sputnik. Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə “Azərbaycan” yazılmağa başlanılıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə Yerevan Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan keçmiş üzvü, memar Arsen Karapetyan öz Facebook hesabında yazıb. 

Karapetyan qeyd edib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə (Mardakertdə) anadan olub. Daha sonra isə Rusiyada yaşayıb və hazırda Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onun pasportunda doğum yeri kimi isə Azərbaycan göstərilib.

"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam. Nədir bu?", - deyə Karapetyan sosial şəbəkədə yazıb.

Məsələ ilə bağlı Ermənistan polisinin pasport və viza şöbəsinin rəis müavini Məryəm Gevorkyan açıqlama verib.

"Bu vətəndaş Sovet İttifaqı dövründə anadan olub, Azərbaycan SSR-də anadan olub. Ermənistan Respublikasının pasportu səyahət sənədidir, beynəlxalq standartlara uyğundur, ona görə keçmiş SSRİ ölkələri üçün kodlar yoxdur. Başqa sözlə, əgər bir insan keçmiş SSRİ-nin bir ölkəsində anadan olubsa, onun doğulduğu yer pasporta ölkənin indiki adı ilə qeyd olunur, yəni Gürcüstan SSRİ deyil, Gürcüstan", - deyə Məryəm Gevorkyan bildirib.

O əlavə edib ki, "bu, köhnə təcrübədir". 

Qeyd edək ki, Arsen Karapetyan şərh bölümündə dostunun doğulduğu yerin "Azərbaycan SSR" kimi göstərildiyi Rusiya pasportunu da yerləşdirib. 

355
Netflix şirkətinin loqosu, arxiv şəkli

Çağatay Ulusoyun "Netflix"dəki filmindən ilk treyler - VİDEO

9
(Yenilənib 23:01 02.03.2021)
Filmdə kağız və karton toplayaraq yaşayan, səhhəti vaxt ötdükcə pisləşən Mehmet tərk edilən bir uşaq tapır. Onun həyatına girən Ali Mehmetə öz uşaqlığını xatırladır.

BAKI, 2 mart — Sputnik. Türkiyəli aktyor Çağatay Ulusoyun baş rolu oynadığı növbəti "Netflix" filmi "Kağıttan hayaller"in ilk treyleri yayımlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, 12 martda yayımlanacaq ekran işi 190-dan çox ölkədə, 204 milyondan çox istifadəçiyə göstəriləcək.

Filmdə kağız və karton toplayaraq yaşayan, səhhəti vaxt ötdükcə pisləşən Mehmet tərk edilən bir uşaq tapır. Onun həyatına girən Ali Mehmetə öz uşaqlığını xatırladır.

9