Masazırda yağışın fəsadları

Yenə hava xəbərdarlığı gəldi

321
(Yenilənib 13:22 23.11.2018)
Noyabrın 24-də arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir

BAKI, 23 noyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında noyabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, lakin gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. 

Güclü şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 8-10 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında noyabrın 24-də arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Lənkəran-Astara zonasında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-7, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 2-7 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti təşkil edəcək.

 

321
Teqlər:
temperatur, gündüz, gecə, hava
Əlaqədar
ETSN xəbərdarlıq edir: Yağış, külək, qar...
Soyuq havada “qaynar” caz ritmləri dinləyiciləri cuşa gətirdi
Yağışlar başladısa, vay Xırdalan sakinlərinin halına