Qaxda arıçılıq təsərrüfatı

Nazirlik işsizlərə ciddi yardım etdi

49
(Yenilənib 18:04 22.11.2018)
Cari ildə özünüməşğulluq proqramı çərçivəsində mindən artıq kiçik ailə təsərrüfatı yaradılıb

BAKI, 22 noyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində respublikanın rayon və şəhərlərində işsiz və işaxtaran şəxslərə mal və materialların verilməsi prosesi davam edir. Sputnik Azərbaycan-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbərinə görə, son iki gündə 250-dək proqram iştirakçısına mal və materiallar təqdim olunub. Bu günə olan məlumata görə, cari ildə özünüməşğulluq proqramı çərçivəsində bölgələrdə 1600-dən çox kiçik ailə təsərrüfatı yaradılıb. Nazirlikdən bildirilib ki, onların əksəriyyəti kənd təsərrüfatı sahələrini (heyvandarlıq, bağçılıq, arıçılıq, istixana və s.) əhatə edir ki, bu da qeyri-neft sektorunun mühüm sahəsi olan aqrar sahədə inkişafa əlavə dəstək verir.

Proqrama cəlb edilən işsiz və işaxtaranlar sırasında əlillliyi olanlara, aztəminatlı, çoxuşaqlı, şəhid, məcburi köçkün ailələrinə üstünlük verilib. Bununla yanaşı ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunanlara və digər həssas qruplara üstünlük verilib.

49