Bağlanmış yol, arxiv şəkli

Sürücülərin nəzərinə: Körpüyə giriş məhdudlaşdırılır

165
(Yenilənib 13:30 22.11.2018)
Bir neçə gün yollar bağlı olacaq

BAKI, 22 noyabr — Sputnik. Yeni Günəşli yaşayış sahəsi istiqamətinə aid olan Babək prospektinin Mikayıl Əliyev küçəsi ilə kəsişməsində (Maşın bazarı) yerləşən avtomobil körpüsünə giriş məhdudlaşdırılacaq. Sputnik Azərbaycan-a "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən daxil olan məlumata görə, yollar təmir işləri ilə əlaqədar olaraq noyabrın 24-ündən bağlanacaq. 

Beşmərtəbə dairəsində bağlanmış yol
© Sputnik / Irade CELIL

"Babək prospektinin Məzahir Rüstəmov küçəsi ilə kəsişməsində kommunikasiya xətlərinin çəkilişi ilə əlaqədar olaraq aidiyyəti qurum tərəfindən qazıntı işləri aparıldığı üçün Məzahir Rüstəmov küçəsindən alternativ olaraq istifadə etmək mümkün deyil. Bu üzdən sözügedən istiqamətdə də, yəni prospektin Məhəmməd Hadi küçəsi ilə kəsişməsinin yan yolunda, Sərhəd Xidməti Olimpiya kompleksinin qarşısından avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq" - deyə qurumdan verilən məlumatda bildirilib.

Qeyd olunub ki, sürücülər Məzahir Rüstəmov küçəsi istisna olmaqla, bir neçə alternativ yoldan isitfadə edə bilərlər: "Sürücülər Məhəmməd Hadi-Seyid Əzim Şirvani, Məhəmməd Hadi-Sarayevo və Məhəmməd Hadi-Neapol küçələrindən istifadə edə bilərlər. Həmçinin Nobel prospekti-Ukrayna dairəsi, Nobel-Gəncə prospektləri və Nobel prospekti-Zığ şossesindən, həmçinin sadalanan küçə və prospektlərə birləşən yollardan istifadə etmək tövsiyə olunur".

Qeyd edək ki, noyabrın 26-sından etibarən sözügedən istiqamətdə məhdudlaşma aradan qaldırılacaq.

 

165
Əlaqədar
Bakı-Sumqayıt yolundan yeni narazılıq var, AAYDA isə "başqa çarə yoxdur" deyir
AAYDA yenə yol xəbərdarlığı edir
AAYDA sürücülərə müraciət edir