Qəbələdə güclü yağış və dolunun yaratdığı fəsadlar

Vətəndaşlara 22-25 noyabr xəbərdarlığı

398
(Yenilənib 13:13 22.11.2018)
Qeyri-sabit hava şəraitinin noyabrın 25-dək davam edəcəyi gözlənilir

BAKI, 22 noyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında noyabrın 23-də hava şəraitinin buludlu olacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Qar, arxiv şəkli
© Sputnik / Shahperi Abbasova

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 10-12 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.

Azərbaycanın rayonlarında noyabrın 23-də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə: Noyabrın 23-ü axşamdan 24-ü gündüzədək Abşeron yarımadasında qısa müddətə astmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə xəbərdarlıq da edir: Bakıda və Abşeron yarımadasında noyabrın 22-23-də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Noyabrın 23-ü axşamdan 24-ü səhərədək şimal-qərb küləyinin arabir güclü olacağı gözlənilir.

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin noyabrın 25-dək davam edəcəyi gözlənilir.

398
Teqlər:
yağış, hava şəraiti, Abşeron yarımadası, Bakı
Əlaqədar
Yağışlar başladısa, vay Xırdalan sakinlərinin halına
Yenə yağış gözlənilir
ETSN xəbərdarlıq edir: Yağış, külək, qar...
Laçın, arxiv şəkli

Laçının peykdən görüntüsü yayıldı

0
(Yenilənib 12:25 01.12.2020)
Görüntülər Laçın erməni işğalından azad olunduqdan sonra "Azersky" peyki vasitəsilə çəkilibGörüntülər Laçın erməni işğalından azad olunduqdan sonra "Azersky" peyki vasitəsilə çəkilib

BAKI, 1 dekabr — Sputnik. "Azercosmos" bu gün Azərbaycana təhvil verilən Laçın rayonunun peyk görüntülərini yayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, görüntülər Laçın erməni işğalından azad olunduqdan sonra "Azersky" peyki vasitəsilə çəkilib.

Qeyd edilir ki, Laçın rayonu ötən illər ərzində Ermənistanı Dağlıq Qarabağdakı separatçılar ilə birləşdirdiyi üçün düşmən tərəfdə böyük önəm daşıyıb. Laçında son illər ərzində Ermənistan tərəfindən qeyri-qanuni məskunlaşma işləri aparılıb. Laçın Tarix Muzeyindən Azərbaycanın mədəni irsini əks etdirən kolleksiyalar talan edilib. Təbii sərvətlərlə zəngin Laçın rayonunda olan Turşsu, Qaladərəsi, Nağdalı kimi müalicəvi bulaqlar, VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi və digər mədəni abidələrə qarşı vandalizm əməlləri törədilib.

0
Teqlər:
kolleksiya, Dağlıq Qarabağ, peyk, Laçının azad olunması
 Türkiyə sülhməqamlıları, arxiv şəkli

Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair anlaşma imzalandı

7
(Yenilənib 12:11 01.12.2020)
"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir"

BAKI, 1 dekabr — Sputnik. Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair texniki detallarla bağlı müzakirələr başa çatıb və tərəflər arasında anlaşma imzalanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib.

"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir", - deyə məlumatda qeyd olunub.

Həmçinin qeyd olunur ki, noyabrın 11-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu Azərbaycan və Ermənistan arasında atəşkəsi müşahidə etmək və nəzarət üçün video konfrans formatında anlaşma memorandumu imzalayıb.

7
Teqlər:
anlaşma, Rusiya, Türkiyə, Qarabağ