Əbdülhəmid Gül

Türkiyənin daha bir yüksək rütbəli məmuru Azərbaycana gəlib

52
(Yenilənib 10:35 22.11.2018)
Ə.Gül Azərbaycanın ədliyyə orqanlarının yaradılmasının 100 illiyi münasibətilə keçirilən tədbirlərə qatılacaq

BAKI, 22 noyabr - Sputnik. Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül Azərbaycana gəlib. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, o, səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə görüşəcək, iki ölkə arasındakı əməkdaşlığın mövcud vəziyyətini və gələcək perespektivlərini müzakirə edəcək.

Türkiyənin ədliyyə naziri Azərbaycana səfərə gəlib
Türkiyənin ədliyyə naziri Azərbaycana səfərə gəlib

Ə.Gül Azərbaycanın ədliyyə orqanlarının yaradılmasının 100 illiyi münasibətilə keçirilən tədbirlərə qatılacaq.  

Qeyd edək ki, noyabrın 20-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyəti də Azərbaycana səfər etmişdi. Y.Güler dünən Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaianın iştirakı ilə keçirilən üçtərəfli görüşdə iştirak etmişdi.

52
Teqlər:
ədliyyə naziri, Türkiyə
Əlaqədar
Putinin Türkiyə səfərinin məqsədi açıqlandı
Türkiyə ordusu 68 terrorçunu zərərsizləşdirib
Zakir Həsənov Türkiyə və Gürcüstanın Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək
İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib