Yeniyetmə qız

Bakıda qadın öz ərini iyrənc cinayətdə günahlandırıb

5946
(Yenilənib 20:04 21.11.2018)
Ögey anadan ağlasığmaz iddia: Atası azyaşlı qızını qeyri-ənənəvi üsullarla zorlayıb

 

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 21 noyabr — Sputnik. Bakıda uşaq valideynlər arasında baş verən münaqişədə alət kimi istifadə edilib. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bakının Binəqədi qəsəbəsində baş vermiş hadisənin sübuta yetirilməsi sözün həqiqi mənasında insanlığın ölməsinin son həddi hesab oluna bilər. Belə ki, noyabrın 18-də Binəqədi rayonunun 30 yaşlı sakini Sənəm (etik baxımdan adamın öz adını yazmırıq-red.) 4 saylı polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib. O, əri Sadiqin 12 yaşlı qızlarını qeyri-ənənəvi üsullarla zorladığını iddia edib. 

Azyaşlı uşağın zorlanması çox ciddi faktdır və hüquq-mühafizə orqanlarının əməkdaşları adətən bu qəbildən olan şikayətlərin ciddi surətdə araşdırılması, cinayəti törətmiş cinayətkarın məsuliyyətə cəlb olunması və cəzalandırılmasında prinsipiallıq nümayiş etdirirlər. Digər tərəfdən düşüncəli insanın ağlına belə yerləşmir ki, ana necə övladından öz şəxsi maraqları üçün belə qəddarcasına istifadə edə bilər.

Lakin məlum olub ki, bəzi qadınlar bunu etməyə qadirdirlər.

İlkin araşdırma zamanı Binəqədi sakini olan qadının yalan danışdığı üzə çıxıb. Ərindən intiqam almaq istəyərkən, qadın onu öz qızını zorlamaqda ittiham edib. Məhkəmə-tibbi ekspertizanın gəldiyi ilkin qənaətə görə, qızın zorlanması barədə iddia həqiqəti əks etdirmir. Uşağın bədənində hər hansı zormala əlaməti aşkarlanmayıb.

O da məlum olub ki, qadın sözügedən qız uşağının ögey anasıdır. Uşağın doğma anası ayrı yaşayır. Hazırda hüquq-mühafizə orqanları ər və arvad arasındakı münaqişənin səbəblərini aydınlaşdırmağa çalışır.

Bu tarixçənin ən iyrənc tərəfi isə şikayətçi qadının öz maraqlarına azyaşlı uşağı alət etməsidir. Qadın bu iddianı irəli sürərkən balaca qızın psixikasını zədələdiyinin və ona bərpaolunmaz travma vurduğunun fərqində belə olmayıb.

5946
Milli Məclisin binası, arxiv şəkli

Milli Məclis Aparatı dünən axşam baş verən hadisələrlə bağlı məlumat yayıb

4
(Yenilənib 13:18 15.07.2020)
Ötən gün axşam Tovuz istiqamətində gedən döyüşlərə dəstək məqsədilə keçirilən yürüşdə Şəhidlər Xiyabanı və Milli Məclis qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub

BAKI, 15 iyul — Sputnik. Ötən gün axşam Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərə dəstək məqsədilə keçirilən yürüşdə Şəhidlər Xiyabanı və Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Milli Məclisi Aparatının məlumatında deyilir.

Açıqlamaya görə, Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib və parlamentin mülkiyyətinə və inventarına ziyan vurub. Asayişi qoruyan polis əməkdaşları yürüş iştirakçılarını binanı tərk etməyə çağırıb və onlar Milli Məclisin binasından çıxarılıb.

Yürüş iştirakçıları polis tərəfindən Milli Məclisin inzibati binasından çıxarıldıqdan sonra Milli Məclisin Sədri Sahibə Qafarova yaranmış vəziyyətlə yerində tanış olub.

Azərbaycan Respublikasının Milli Məclisi olaraq xalqımıza, dövlətimizə, Ordumuza dəstək yürüşünə ehtiramımızı və həssas yanaşdığımızı ifadə edirik. Orduya dəstək yürüşünü həyata keçirən vətəndaşlarımızın bir amal uğrunda birləşdiyi halda bəzi təxribatçıların dağıdıcılığa və ziyan vurmağa istiqamətlənən addımlarını qəti şəkildə pisləyirik. Bu çətin günlərdə dövlətin ali qanunverici orqanının binasına qanunsuz olaraq daxil olmaq və orada dağıntılar törətmək şəhidlərin müqəddəs ruhuna hörmətsizlikdir və qətiyyən yolverilməzdir.

Bu gün Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində döyüşlər getdiyi bir vaxtda, hamının bir nəfər kimi birlik nümayiş etdirdiyi bir zamanda xüsusi həssaslıq göstərilməsinin və ehtiyatlı davranmağın vacibliyini diqqətə çatdırırıq.

Azərbaycan Respublikası Milli Məclisi olaraq bildiririk ki, xalqımız, dövlətimiz, ölkəmizin ərazi bütövlüyü uğrunda müsəlləh olan Ordumuzun, döyüşlərdə şəhid olan hərbçilərimizin və mülki əhalinin ruhu qarşısında məsuliyyət daşıyırıq.

4
 COVİD-19-dan ölən şəxsin transpartirovkası, arxiv şəkli

Ermənistanda koronavirusa yoluxanların sayı 33 mini keçib

2
Gürcüstanda isə daha 4 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1003-ə çatıb.

BAKI, 15 iyul — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 33005-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 515 nəfər artıb.

Ermənistanda son gündə daha 11 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 592-yə çatıb. Xəstəlikdən sağalanların sayı 21348 olub. Hazırda bu ölkədə 10996 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 4 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1003-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 13,2 milyonu keçib, 578 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

2