Portfel, arxiv şəkli

Nazirlik vakansiya elan etdi

127
(Yenilənib 17:56 21.11.2018)
Direktor vəzifələrinə vakansiya elan olunub

BAKI, 21 noyabr — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi elmi-tədqiqat institutunun direktoru vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edib. Sputnik Azərbaycan-a Kənd Təsərrüfatı Nazirliyindən daxil olan məlumata görə, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu direktoru vəzifəsinə vakansiya elan edilib. Nazirlik həmçinin Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna direktor vəzifəsinə də vakansiya elan edib.

Qeyd edək ki, müsahibələrin şərtləri nazirliyin rəsmi saytının "Elanlar" bölümünə yerləşdirilib.

127