Moskvada MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçirilir

Ramiz Mehdiyev Fuad Ələsgərov Moskvada

199
(Yenilənib 14:02 21.11.2018)
Moskvada MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçirilir

BAKI, 21 noyabr — Sputnik. Bu gün Moskvada MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçirilir. Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, iclasda Azərbaycanı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov təmsil edir.

Təhlükəsizlik şuralarının katibləri terrorçuluq fəaliyyətinin maliyyələşdirilməsinin qarşısının alınması, o cümlədən cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə üzrə birgə işin istiqamətlərini müzakirə edirlər.

Görüşün gündəliyinə MDB məkanında regional təhlükəsizliyin təmin edilməsi, təhlükəsizlik şuraları xətti ilə beynəlxalq əməkdaşlıq sahəsində digər aktual məsələlər də daxil edilib.

  • Moskvada MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçirilir
    Moskvada MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçirilir
  • Moskvada MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçirilir
    Moskvada MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçirilir
  • Moskvada MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçirilir
    Moskvada MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçirilir
1 / 3
Moskvada MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçirilir

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev görüşdə çıxış edərək deyib ki, gündəliyə MDB üzvü olan dövlətlər üçün ümumi xarakter daşıyan və qarşılıqlı maraq doğuran təhlükə və çağırışlarla bağlı problemlər daxildir.

N.Patruşev vurğulayıb ki, 2017-ci ildə belə bir görüş keçiriləndən bəri MDB ölkələri Əfqanıstan-Pakistan sərhədində və Yaxın Şərqdə "İslam dövləti", "Əl-Qaidə" və onlarla affilə edilmiş strukturlar ətrafında yaranmış vəziyyət barədə analitik informasiya mübadiləsi aparıblar. Mərkəzi Asiyada regional tərəfdaşlıq mövzusunun müzakirə edilməsi üçün BMT Təhlükəsizlik Şurası məkanında MDB xarici işlər nazirlərinin görüşləri keçirilib. Antiterroryönümlü komanda-qərargah və praktiki təlimlərin gedişində beynəlxalq terror təşkilatları üzvlərinin fəaliyyətinin qarşısını almaq üzrə birgə tədbirlər sınaqdan keçirilib. Hərbi-texniki əməkdaşlıq daha da inkişaf etdirilir.

Görüşdə MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev, KTMT-nin Baş katibi səlahiyyətlərini icra edən Valeri Semerikov, MDB üzvü olan dövlətlərin təhlükəsizlik şuralarının, nazirlik, idarə və elmi təşkilatlarının nümayəndələri iştirak edirlər.

199
Teqlər:
Azərbaycan, MDB, Moskva
Əlaqədar
MDB ölkələri üçün maraqlı təklif
MDB ölkələrinin iqtisadiyyatını nə gözləyir - Ekspert şərhi
MDB ölkələrindəki tələbələrin sayı
MDB məkanında gözlənilən dəyişiklik baş verdi

Tərtər rayonu yenə atəşə tutulub

0
ABŞ Dövlət Departamentinin dünən yaydığı məlumata əsasən, Dağlıq Qarabağda humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

BAKI, 26 oktyabr - Sputnik. Ermənistan Silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Oktyabrın 26-da saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin dünən yaydığı məlumata əsasən, Dağlıq Qarabağda humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Artilleriya atəşi, arxiv şəkli

Laçının Səfiyan kəndindəki bölmələrimiz artilleriya atəşinə tutulub

30
(Yenilənib 08:24 26.10.2020)
Oktyabrın 26-da saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub.

BAKI, 26 oktyabr - Sputnik. Oktybarın 26-da saat 08.05-də Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə tutub.