Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Prezident giriş-çıxış qeydiyyat qaydalarına dəyişilik etdi

1118
(Yenilənib 13:25 21.11.2018)
Dövlət başçısı müvafiq fərmanda dəyişiklik edilməsi barədə fərman imzalayıb

BAKI, 21 noyabr — Sputnik. Prezident İlham Əliyev "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 258, № 12, maddə 1058; 2009, № 2, maddə 75, № 7, maddə 532, № 8, maddə 618, № 10, maddə 776; 2010, № 2, maddə 88, № 7, maddə 610, № 8, maddə 717, № 9, maddə 770; 2011, № 4, maddə 282, № 10, maddə 891; 2012, № 8, maddə 787; 2013, № 9, maddə 1046, № 11, maddələr 1321, 1339; 2014, № 2, maddə 122, № 9, maddələr 1027, 1062; 2015, № 2, maddə 121, № 5, maddələr 521, 543, № 9, maddə 989; 2016, № 2 (II kitab), maddə 228, № 3, maddə 470, № 5, maddələr 869, 879, № 9, maddə 1464, № 10, maddə 1643, № 11, maddə 1816; 2017, № 2, maddələr 173, 185, № 5, maddələr 776, 817, № 8, maddə 1521; 2018, № 2, maddə 189, № 3, maddə 449, № 4, maddələr 662, 682, № 8, maddə 1688; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 285 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə"nin 10-cu hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. birinci abzasdan "habelə" sözü çıxarılsın və "ASAN Viza" sistemi və" sözləri "Elektron hökumət" informasiya sistemi və "ASAN Viza" sistemi, habelə" sözləri ilə əvəz edilsin.

1.2. aşağıdakı məzmunda 10.2-1-ci bənd əlavə edilsin:

"10.2-1. "Elektron hökumət" informasiya sistemi ilə inteqrasiya prosesində mübadilə edilən məlumatlar aşağıdakılardır:

10.2-1.1. sistem tərəfindən təmin olunan məlumatlar:

10.2-1.1.1. "Elektron hökumət" informasiya sistemi vasitəsilə xidmətlərin mərkəzləşdirilmiş qaydada göstərilməsini təmin etmək üçün zəruri olan bu Əsasnamənin 8-ci və 10-cu hissələrində nəzərdə tutulmuş məlumatlar;".

2. "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin Əlaqələndirmə Şurası əcnəbi və vətəndaşlığı olmayan şəxslərin pasport və ya digər sərhədkeçmə sənədləri üzrə məlumatların "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin "Sərhədkeçmə" informasiya resursundan "Əcnəbilər" informasiya resursuna dərhal ötürülməsini təmin etmək məqsədilə zəruri tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə maliyyələşmə məsələlərini həll etsin".

1118
Teqlər:
fərman, İlham Əliyev, prezident, ASAN, viza
Əlaqədar
Rusiya və Türkiyə arasında viza rejimi asanlaşdırılacaq
Azərbaycanda viza verilməsi qaydaları dəyişdi
Qalmaqal: XİN Merkellə Bakıya gələcək deputata viza vermədi
Hövsan yaşayış kompleksi, arxiv şəkli

Güzəştli mənzillərin satışı başa çatdı - Kasıb ev ala bildinmi?!

1
(Yenilənib 19:33 24.09.2020)
Mənzilə sahib olmuş vətəndaşlardan 22-si mənzili öz vəsaiti hesabına, 202-si isə güzəştli ipoteka krediti hesabına əldə edib.

BAKI, 24 sentyabr — Sputnik. 224 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib olub.

Bu barədə Sputnik Azərbaycan-a Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Hövsan Yaşayış Kompleksində 30.06.2020 və 03.07.2020-ci il tarixlərində "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən "Güzəştli mənzil" sistemi vasitəsilə seçilmiş ümumilikdə 249 mənzildən 224-nün alqı-satqısı uğurla başa çatdırılıb. Mənzilə sahib olmuş vətəndaşlardan 22-si mənzili öz vəsaiti hesabına, 202-si isə güzəştli ipoteka krediti hesabına əldə edib.

Satışın nəticələri barədə statistik məlumatlarla bu link vasitəsilə tanış ola bilərsiniz:https://mida.gov.az/az/statistics/statistics_21/

1
Əlaqədar
Bəzilərinin son ümidi – Güzəştli evlər satıldı
Güzəştli mənzillər adlarına uyğundurmu və yaxud bunun nəyi güzəştdir?
Güzəştli mənzil alanda şanslı olmaq istəyirsinizsə...
Azərbaycanın daha bir şəhərində güzəştli mənzillər tikiləcək
Güzəştli ev almaq istəyənlərin nəzərinə - Növbəti satışa hazırlaşın
Televizor

İctimai televiziya XX yüzilliyə səyahət təklif edir

0
(Yenilənib 19:59 24.09.2020)
Layihə həmin dövrün mətbuatında və arxivdə yazılanlar əsasında sözügedən şəxsiyyətləri və onların gördüyü işləri işıqlandıracaq

BAKI, 24 sentyabr — Sputnik. "İctimai TV"nin efirində bu gündən etibarən möhtəşəm layihəyə start verilir. Layihənin rəhbəri bir çox sənədli filmlərin ssenari müəllifi, Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovdur. Layihə rəhbərinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, layihə həmin dövrün mətbuatında və arxivdə yazılanlar əsasında həmin dövrün şəxsiyyətləri və onların gördüyü işləri işıqlandıracaq:

"Bir ildən çoxdur ki, "İctimai TV"nin rəhbərliyi ilə birlikdə bu layihə üzərində çalışırıq. "XX Yüzillik" adlanan layihədə 1901-ci ildən indiki dövrədək Azərbaycanın tarixində iz qoymuş görkəmli şəxsiyyətlərdən bəhs olunacaq. Sənədli verilişdə 1901-ci ildə yaşamış görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətindən bəhs olunacaq".

M.Həsənli əlavə edib ki, həftədə bir dəfə yayımlanacaq sənədli verilişdə hansı tarixi şəxsdən bəhs ediləcəksə, o, ancaq tarixi faktlara, arxiv sənədlərinə əsaslanacaq. Tarixi şəxsiyyətlərin atdığı addımlar, gördüyü işlər ictimaiyyətə çatdırılacaq.

"Bilirsiniz ki, XX əsrin əvvəlləri ilə bağlı çoxlu şayiələr, əfsanələr var. İstər həmin dövrdə baş vermiş hadisələr, istər həmin dövrdə yaşamış və fəaliyyət göstərmiş şəxsiyyətlər, istərsə də tarixi abidələr haqqında müxtəlif miflər yaranıb. Məsələn, belə şayiə var ki, Bakıya Şollar suyu Hacı Zeynalabdin Tağıyevin pulu ilə çəkilib. Amma arxiv sənədləri göstərir ki, bu, yanlışdır. Şollar suyunu Tağıyev çəkməyib. Biz bununla Tağıyevin xidmətlərini azaltmaq fikrində deyilik. Əksinə, yeri gəldikcə, Tağıyevin gördüyü xeyirxah işlər barədə silsilə boyu danışılacaq", - deyə layihənini rəhbəri bildirib. 

Qeyd edək ki, "XX Yüzillik" adlı sənədli verilişin ilk buraxılışı bu gün saat 22:00-da yayımlanacaq.

0