İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

192
(Yenilənib 13:37 20.11.2018)
Söhbət zamanı noyabrın 21-də Bakıda keçiriləcək Azərbaycan-Türkiyə-Gürcüstan ordu rəhbərlərinin görüşünün əməkdaşlığın genişlənməsi baxımından önəmi qeyd ediliib

BAKI, 20 noyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Sputnik Azərbaycan bu barədə Prezidentin rəsmi syatına istinadən xəbər verir.

Dövlətimizin başçısı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini vurğulayaraq ölkələrimizin dövlət başçıları arasında müntəzəm görüşlərin əlaqələrimizin möhkəmlənməsində xüsusi rol oynadığını qeyd edib və bu görüşlərin ölkələrimizi bir-birinə daha da yaxın etdiyini bildirib. Prezident İlham Əliyev bildirib ki, bu il Bakıda Türkiyə zabitlərinin də iştirak etdiyi iki hərbi paradın keçirilməsi, xüsusilə Bakının işğaldan azad edilməsi ilə bağlı təşkil edilmiş hərbi parad bütün dünyada böyük maraqla izlənilib və bu tədbirlər bir daha Türkiyə-Azərbaycan birliyini nümayiş etdirib. Dövlətimizin başçısı hərbi sahədə əməkdaşlığımızın genişlənməsində Azərbaycan ilə Türkiyənin birgə hərbi təlimlərinin böyük önəm daşıdığını qeyd edib. Prezident İlham Əliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerin səfərinin ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. 

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi
© Official website of President of Azerbaijan Republic
Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler Azərbaycana səfərindən və Prezident İlham Əliyevlə görüşdən böyük qurur hissi keçirdiyini bildirib. Yaşar Güler qeyd edib ki, bir millət, iki dövlət olan Türkiyə ilə Azərbaycan ortaq tarixə, mədəniyyətə malikdirlər və ölkələrimiz arasında strateji iş birliyi gündən-günə möhkəmlənməkdədir. O, bir daha Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyi münasibətilə dövlətimizin başçısını təbrik edib və bu əlamətdar hadisədən Türkiyənin də qürur hissi keçirdiyini vurğulayıb. Yaşar Güler Azərbaycanın gələcəkdə də böyük inkişafa nail olacağına əminliyi ifadə edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Yaşar Güler qeyd edib ki, bu, Azərbaycan üçün önəmli olduğu qədər Türkiyə üçün də önəmli məsələdir.

Söhbət zamanı noyabrın 21-də Bakıda keçiriləcək Azərbaycan-Türkiyə-Gürcüstan ordu rəhbərlərinin görüşünün əməkdaşlığın genişlənməsi baxımından önəmi qeyd ediliib.

Sonda Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.

192
Teqlər:
Türkiyə Silahlı Qüvvələri, görüş, qəbul, İlham Əliyev
Əlaqədar
İlham Əliyev mühüm sərəncam imzaladı
İlham Əliyev Sumqayıt şəhərinə səfər edib
İlham Əliyev ali təhsillə bağlı mühüm sərəncam imzaladı
Azərbaycan prezidenti İlham Əliyev Belarusda rəsmi səfərdədir
Самолет Бе-200, фото из архива

Hirkan Milli Parkında yanğın davam edir - VİDEO

8
(Yenilənib 19:37 17.01.2021)
Yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi cəlb olunub.

BAKI, 17 yanvar - Sputnik. Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi maneə törədir. Bununla belə, yanğının daha geniş sahəyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Qeyd edək ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi də cəlb olunub.

Əlavə məlumat veriləcək.

8
Шторм в Черном море

Qara dənizdə batan gəminin dörd üzvü ölüb, axtarışlar dayandırılıb

5
Rusiya Dənizçilərinin Həmkarlar İttifaqının məlumatına görə, gəminin operatoru Ukraynanın “Tesero Marine” şirkətidir.

BAKI, 17 yanvar - Sputnik. Qara dənizin Türkiyə sahillərində, Bartın vilayətinin İnkumu sahillərinə yaxın ərazidə batan Palau bayrağı altında üzən “Arvin” quru yük gəmisinin batması nəticəsində dörd nəfər həlak olub və həyatını itirənlərin sayı arta bilər.

Bunu Türkiyənin Bartın vilayətinin valisi Sinan Güner bildirib. Onun sözlərinə görə, “Arvin” gəmisinin batmasına əlverişsiz hava şəraiti səbəb olub:

“Son məlumata görə, 4 nəfər ölüb, 6 heyət üzvü xilas edilib. Yüksək dalğalara görə dənizdə axtarış-xilasetmə işləri dayandırılıb, helikopterlərdən isifadə edilərək havadan axtarışlar davam edir”.

Rusiya Dənizçilərinin Həmkarlar İttifaqının məlumatına görə, gəminin operatoru Ukraynanın Tesoro Marine LLC şirkətidir. Türkiyə Hərbi Dəniz Qüvvələri axtarış əməliyyatında iştirak etmək üçün freqat göndərmişdi.

Daha öncə gəminin Rusiya bayrağı altında üzdüyü bildirilirdi. Son məlumatlara görə, Palau bayrağı altında üzən gəminin 12 nəfərlik heyətinin 10 üzvü ukraynalı, ikisi isə rusdur. Gəminin sahibi Arvin Shipping LTD-dir (Beliz). Gəmi 1997-ci ildə Rusiyada qeydiyyatdan çıxarılıb.

5