Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gəncə şəhərində qəza baş vermiş əraziyə gəlib

Partlayış qurbanlarının sayı artır, Kəmaləddin Heydərov hadisə yerinə gəlib

364
(Yenilənib 11:12 20.11.2018)
Kəmaləddin Heydərov qəza-xilasetmə işlərinin gedişatı ilə yaxından tanış olub, xilasetmə tədbirlərinin daha operativ həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verib

BAKI, 20 noyabr - Sputnik. Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş partlayış və uçqun nəticəsində həlak olanların sayı artır. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, dağıntılar arasından daha 2 meyit çıxarılıb. Onlardan biri kişi, digəri qadındır.

Bununla həlak olanların sayı 3-ə çatıb. Daha bir nəfər isə ağır yaralı halda xəstəxanaya yerləşdirilib. Qurbanlarının sayının artacağı istisna edilmir.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gəncə şəhərində qəza baş vermiş əraziyə gəlib
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gəncə şəhərində qəza baş vermiş əraziyə gəlib

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin digər rəhbər şəxsləri hadisə yerinə gedib. Sputnik Azərbaycan Fövqəladə Hallar Naziriliyinə istinadən xəbər verir ki, nazir Kəmaləddin Heydərov qəza-xilasetmə işlərinin gedişatı ilə yaxından tanış olub, xilasetmə tədbirlərinin daha operativ həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verib.​

Qeyd edək ki, bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə nəticəsində ölən və yaralananlar var.

364
Teqlər:
Gəncə, partlayış, FHN
Əlaqədar
Gəncə hadisələri barədə yeni xəbər verildi - RƏSMİ
İlham Əliyev Gəncə Şəhər İcra Hakimiyyətinə başçı təyin etdi
Gəncə hadisələri ilə bağlı yeni faktlar üzə çıxdı - RƏSMİ