Tehran

ABŞ-ın sanksiyaları İranda işsizliyə səbəb olur

35
(Yenilənib 18:37 19.11.2018)
"Tamnoush" firması istehsalını dayandırıb

BAKI, 19 noyabr — Sputnik. İranda fəaliyyət göstərən bir neçə şirkət fəaliyyətini dayandırıb. Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, İranın məşhur "Tamnoush" firması istehsalını dayandırmaqla bağlı qərar qəbul edib. Soyuq içki istehsalçısı olan şirkətin belə addım atmasının səbəbi ABŞ-ın tətbiq etdiyi sanksiyalarla əlaqədar olub.

"Şirkətimiz 16 il idi ki, fəaliyyət göstərirdi. Lakin bu gün ABŞ-ın sanksiyaları ilə əlaqədar olaraq xeyli sayda işçinin işsiz qalıb. Bu gün şirkətimizdə çalışan qadınlar evdarlıq, kişilər isə taksi sürücülüyü ilə məşğuldurlar" – deyə şirkət rəhbəri Fərzad Rəşidi əlavə edib. F.Rəşidinin sözlərinə görə, qısa müddətdə onlar 5 milyard rial, yəni 120 min dollar itiriblər.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp cari ilin mayından İranla bağlanan nüvə sazişindən geri çəkildiyini bəyan edərək bu ölkəyə sanksiyalar tətbiq edib. Sanksiyaların birinci mərhələsi bu ilin avqustunda başa çatıb. Bu aydan etibarən isə artıq neft və bank sektoruna da təzyiqlər başlanılıb.

35