Prezident İlham Əliyev Minskdə “Qələbə” meydanını ziyarət edib

Prezident İlham Əliyevin Belarus səfəri davam edir

30
(Yenilənib 12:24 19.11.2018)
Dövlətimizin başçısı bu gün, həmçinin Minskdə Azərbaycan Ticarət Evi ilə də tanış olub

BAKI, 19 noyabr - Sputnik. Xəbər veridiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Belarus Respublikasına rəsmi səfər edib. Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, ölkə başçısı İlham Əliyev Belarus Respublikasına rəsmi səfəri çərçivəsində noyabrın 19-da Minsk şəhərindəki “Qələbə” meydanında 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin şərəfinə ucaldılmış abidəni ziyarət edib.

Meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

Azərbaycanın və Belarusun dövlət himnləri səslənib.

  • Prezident İlham Əliyev Minskdə “Qələbə” meydanını ziyarət edib
    Prezident İlham Əliyev Minskdə “Qələbə” meydanını ziyarət edib
    © Official web-site of President of Azerbaijan Republic

1 / 3
© Official web-site of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Minskdə “Qələbə” meydanını ziyarət edib

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçib.

Dövlətimizin başçısı bu gün, həmçinin Minskdə Azərbaycan Ticarət Evi ilə də tanış olub.

Prezident İlham Əliyevə Ticarət Evində yaradılan şərait barədə məlumat verilib.

Minskdə Azərbaycan Ticarət Evi 2017-ci ilin mayında açılıb. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun 2016-cı ilin noyabrında ölkəmizə rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə müzakirə olunan bir sıra məsələlərlə yanaşı, qısa müddət ərzində hər iki ölkə arasında əmtəə dövriyyəsinin artırılması, Azərbaycanın idxalında Belarus məhsullarının payının çoxaldılması, Belarusda Azərbaycan Ticarət Evinin yaradılması, bu ölkədə istehsal edilməyən kənd təsərrüfatı və emal sənayesi məhsullarının Azərbaycandan idxal olunması barədə tapşırıqlar verilib. Həmin tapşırıqların icrası olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Belarus Respublikasının paytaxtı Minsk şəhərində ümumi sahəsi 529 kvadratmetr olan Azərbaycan Ticarət Evi yaradılıb. Ticarət Evinin idarə edilməsi məqsədilə “Azərbaycan Ticarət Evi” MMC yaradılaraq Belarus Respublikasında dövlət qeydiyyatına alınıb.

Prezident İlham Əliyev Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub
© Official web-site of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub

Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Belarus bazarında daha çox tanıdılması, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsi sahəsində fəaliyyət göstərir, Belarusda satışını təşkil edir, bu sahədə əlaqələndirməni həyata keçirir. Ticarət Evində daimi fəaliyyət göstərən sərgidə Azərbaycanın 30 şirkətinin istehsal etdiyi müxtəlif növ məhsullar nümayiş olunur. Burada, həmçinin “ASAN” və “ABAD” stendləri də ziyarətçilərə təqdim edilir. Bundan əlavə, Azərbaycandan başqa, beş ölkədə fəaliyyət göstərən informasiya texnologiyaları şirkəti “Caspel”in nümayəndəliyinin stendi də sərgidə nümayiş olunur.

Bu Ticarət Evinin açılması iqtisadi əlaqələrin, investisiya əməkdaşlığının genişləndirilməsinə, ticarətin şaxələndirilməsinə töhfə verir, iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsində mühüm rol oynayır, Azərbaycan məhsullarının heç bir vasitəçi olmadan Belarusa birbaşa ixracı üçün gözəl imkan yaradır.

Yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı Azərbaycan Ticarət Evinin fəaliyyətinə uğurlar arzulayıb.

Sonda xatirə şəkilləri çəkdirilib.

30
Əlaqədar
İlham Əliyev mühüm sərəncam imzaladı
İlham Əliyev himnimiz, bayrağımız və gerbimizlə bağlı Qanun imzaladı
İlham Əliyev Sumqayıt şəhərinə səfər edib
İlham Əliyev ali təhsillə bağlı mühüm sərəncam imzaladı
Azərbaycan prezidenti İlham Əliyev Belarusda rəsmi səfərdədir