Şam işığı

"Azərişıq" üzr istəyir: 4-5 gün işıq olmayacaq

1110
(Yenilənib 10:57 19.11.2018)
Fasilələr noyabrın 23-dək davam edəcək

BAKI, 19 noyabr — Sputnik. Bir neçə gün ərzində Bakının bəzi kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq. "Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən (ASC) Sputnik Azərbaycan-a verilən məlumata görə, Zabrat – Məhəmmədi, yeni Məhəmmədi 35/10 kV-luq yarımstansiyası ilə kəndin digər ərazilərini əlaqələndirmək üçün elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Qeyd edək ki, qısa müddətli fasilələr noyabrın 23-dək davam edəcək. Yaranmış narahatçılığa görə "Azərişıq" ASC İstehlakçılardan üzr istəyir.

1110
Teqlər:
fasilə, elektrik, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti
Əlaqədar
Qax sakinləri işıqlığa çıxacaq
Abşeronun bir hissəsi işıqsız qalacaq