Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Yeni nazir müavini kollektivə təqdim olunub

56
(Yenilənib 10:44 19.11.2018)

BAKI, 19 noyabr - Sputnik. Təhsil nazirinin yeni müavini İdris İsayev Təhsil Nazirliyinin kollektivinə təqdim olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib. 

O bildirib ki, yeni müavini kollektivə təhsil naziri Ceyhun Bayramov təqdim edib. 

Qeyd edək ki, noyabr ayının 16-da Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla İdris İsayev təhsil nazirinin müavini təyin olunub. 

İ.İsayev bu təyinata qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb. 

56
Teqlər:
Ceyhun Bayramov, Cəsarət Valehov, nazir, müavin, Təhsil Nazirliyi
Əlaqədar
Nazir Sahil Babayev: “Pensiyanın orta aylıq məbləğində artım gözlənilir”
Nazir şəhid ailələrinə söz verdi
Baş nazir yeni qərar verib
İki nazir müavini ilə bağlı yeni qərar verildi