Bakıda yağan yağış

Yenə yağış gözlənilir

204
(Yenilənib 13:07 15.11.2018)
Havanın temperaturu gecə 6-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək

BAKI, 15 noyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında noyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman olacaq.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 12-15, Bakıda gecə 7-9, gündüz 13-15 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.

Azərbaycanın rayonlarında noyabrın 16-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

204
Teqlər:
temperatur, yağış, hava
Əlaqədar
Külək, yağış, qar xəbərdarlığı edilir
Yağış Bakının mərkəzi küçələrində hərəkəti "iflic etdi"
Yağışlar başladısa, vay Xırdalan sakinlərinin halına