Qar, arxiv şəkli

Gədəbəy "ağ örpəyə" bürünüb

124
(Yenilənib 10:36 15.11.2018)
Bununla da Gədəbəydə artıq qışın başladığını demək olar

BAKI, 15 noyabr - Sputnik. Gədəbəy rayonuna qar yağıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə rayon sakinləri sosial şəbəkədə məlumat paylaşıblar.

Sosial şəbəkə istifadəçiləri onu da vurğulayıblar ki, bu, rayona yağan ilk qar deyil. Bir ay bundan öncə də Gədəbəyə qar yağıb. Ancaq gecə yağan qar səhərə əriyib.

Gədəbəydə qar
Gədəbəydə qar

Budəfəki qar isə o qədər də tez əriyənə bənzəmir. Çünki rayonda hava çox soyuqdur, artıq şaxta hiss olunur. Bəlkə də elə bununla da Gədəbəydə artıq qışın başladığını demək olar.

Gədəbəydə qar
Gədəbəydə qar

Qeyd edək ki, bu ayın əvvəlində Yardımlı rayonuna da qar yağmışdı.

124
Əlaqədar
Azərbaycana qar yağıb
Əhaliyə qar xəbərdarlığı
Faktiki hava şəraiti açıqlandı – Qar, leysan, şimşək
Külək, yağış, qar xəbərdarlığı edilir
Qar-çovğun yaxınlaşır